Qızı Aygün Kazımovanı kövrəltdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 445
Səs ver:
(səs: 0)
Qadınlar.Biz xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında xalq artisti Aygün Kazımova bildirib. A.Kazımova qızı İlqarə Kazımovanın ötən həftə verdiyi müsahibəsinə münasibət bildirərkən deyib. Xalq artisti qızının açıqlamalarından təsirləndiyini vurğulayıb:

"Açığı, ötən həftə qızımın müsahibəsini oxuyub, çox təsirləndim. İlqarə elə bir övladdır ki, özündən çox anasını düşünür. O, hər zaman mənim sözümə qulaq asır.

İlqarəni nə qədər çox istədiyimi özü gözəl bilir. Bir-birimizlə nəfəs alırıq. Sizin sayta verdiyi müsahibədə oxudum ki, yeganə arzusu məni daim xoşbəxt görməyidir. Bu açıqlaması məni təsirləndirdi. Mən də ona dedim ki, qızım, sən bu sənətdə uğurlar qazanmağın mənim üçün xoşbəxtlikdir. Söylədim ki, özümdən sonra səhnə fəaliyyətimdəki estafeti sənə verəcəm. İnanıram ki, sən bu sənətdə istədiyin zirvəyə yüksələcəksən. Buna inanıram. İlqarə ilə birgə layihə üzərində çalışırıq. İnşallah, ana-bala bir duet ifa edəcəyik. Düşünürəm ki, həmin duet Azərbaycana səs salacaq”.

Xatırladaq ki, İ.Kazımova lent.az-a açıqlamasında anası barədə bu sözləri söyləmişdi: "Hamı bilir ki, hazırda anamın həyatında heç kim yoxdur. İstəyirəm ki, ailə həyatı qursun. Yenidən sevib-sevilsin. Anamı daim xoşbəxt görmək onun ən böyük arzumdur. O, mənim bu həyatda hər şeyimdir. Mənə həm ata, həm anadır”.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri