"Dedilər ki, əsir düşsək, ilk Aygünü öldürəcəyik"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 737
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova qonaq olduğu "Üç valet” verilişində həyatı ilə bağlı maraqlı etiraflar edib.

Qadınlar.Biz-in məlumatına görə, müğənni plastik əməliyyat etdirməsindən, qabırğalarının çıxarılmağı barədə yayılan xəbərlərdən danışıb:

"Bunu yaxınlarım bilirdi, amma efirdə İlk dəfə etiraf edirəm: qabırğalarımı çıxardırmamışdım. Sadəcə bir xəbər idi, yayıldı”.

Söhbət zamanı o da məlum olub ki, A.Kazımova müharibə zamanı sərhəddə tibb bacısı kimi fəaliyyət göstərib:

"Döyüşdə olmağımla bağlı heç vaxt ətraflı danışmamışam. Qızımın iki-üç yaşı var idi. Anam ağır xəstə idi, dəhşətli ağrıları başlamışdı. Qızımı onun yanında qoyub dedim ki, gedirəm döyüşə. Əsgər paltarını geyinib getdim. Döyüşçü dostlarımın çoxu dünyasını dəyişmişdi. Hətta bir dəfə başımıza dəhşətli hadisə də gəldi. Maşınla gedirdik. Mənə demirdilər, amma öz aralarındakı söhbətdən  anladım ki, mühasirəyə düşmüşük. Yol elə idi ki, geri qayıtmaq mümkün deyildi. Həmin an anam və qızım gözümün qabağına gəldi. Amma bir təsəllim var idi ki, qızımı dayənin yox, anamın yanında qoymuşdum. Dağlardan maraqlı, qəribə səslər gəlirdi. Əsgərlər dedi ki, burda qadın təkcə Aygündür, əsir düşsək, ilk onu öldürəcəyik. Azərbaycanlı bir xanımın erməniyə əsir düşməsi dəhşət idi. Amma birtəhər xilas olduq. Həmin vaxtlar çox cəsəd görmüşdüm. Hasarın başında gördüyüm kəsilmiş əsgər başı isə heç vaxt gözümün qabağından getməyəcək”.

Xalq artisti qızı İlqarənin onun ailə qurmağını istəməsi ilə bağlı müsahibəsinə də münasibət bildirib:

"Müsahibəni oxudum. Amma qızımın bunu istədiyinə inanmıram. Çünki o, uşaqlıqdan məni qısqanıb. Hətta itimi öpəndə də qısqanır ki, sən məni elə öpmürsən”
(axsam az)
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri