Aygün : "7 il bir yastığa baş qoyduq, məni aldatdı"

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2138
Paylaş:
Səs ver:
(səs: 0)
Qadınlar.Biz xəbər verir ki, APA TV-də qonaq olan müğənni sənətindən və bu günəcən nələri necə etdiyindən danışıb. İlk öncə sənətdən danışan xalq artistinə daha sonra aparıcılar Namiq Qaraçuxurlu barədə suallar veriblər.

Bundan öncə Namiq haqda bu cür danışmayan müğənni ilginc açıqlamalar verib.

"Əvvəllər mən elə bilirdim ki, meyxana aləmindəki insanlar tində duran, nəşə çəkən və tüfeyli həyat sürən adamlardır. Ancaq Namiqlə tanış olduqdan sonra bu cür fikirlər dəyişdi və hətta meyxana Kreml sarayında səsləndi".

Müğənniyə Namiqlə yadda qalan nə olduğunu sual verdikdə Aygün Kazımova bu sözləri deyib:

"Yadda qalan əsas mahnılarımız, böyük sevgimiz olub. Hər halda az bir zaman deyil. Biz onunla 7 il bərabər yaşamışıq, bir yastığa baş qoymuşuq. Ancaq hansısa məqamları yada salanda, gözümün önündən keçirdikdə insana çox pis təsir edir.

Bir də onu qeyd etmək istəyirəm ki, bu insan məni dəfələrlə aldadıb. Mən düşünürdüm ki, Namiq mənim həyatımda son kişidir, hansı ki, onunla ömür boyu bir yerdə olacam, ancaq bu belə olmadı".

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2138
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv