Zaurla Ramal arasında qalmaqal: “Sənətçilərə hörmətlə yanaş!”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 830
Səs ver:
(səs: 3)
Bu gün "Xəzər” telekanalında yayımlanan "5/5” verilişinə müğənni-bəstəkar Ramal İsrafilov qonaq olub.

Qadınlar.Biz-in məlumatına görə, aparıcı Zaur Kamalın efirə gecikən sənətçini təqdim edərkən dediyi "bu bilmir ki, 5-də efirdi? Yoxsa şanlı-şöhrətli müğənnilər kimi düşünür ki, axırda gəlmək yaxşıdır? Ona deyin, gələndə eynəyini çıxarsın” sözləri qarşı tərəfi əsəbləşdirib. Onun növbəti "Niyə efirə gecikirsən” sualına Ramal sərt cavab verib:

"Lazım olanda gecikmək yaxşıdır. Həmişə deyirəm ki, Zaurun verilişinə getməyəcəm, amma dostum olduğun üçün hərdən imtina edə bilmirəm. Dəxilli, dəxilsiz iynələr atırsan. Sənətçilərə hörmətlə yanaş. İki-üç dəfə qonağın olmuşam, müğənniləri təqdim etməyin xoşuma gəlmir”.

Zaur Kamal isə Ramala "Bilirsən, sənə hörmətim var. Ona görə də dəvət edirəm. Sözümü isə üzə deyirəm. İnciyən incisin, inciməyən isə qəbul etsin” deyə cavab verib.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri