Azərbaycanlı transseksualın müsahibəsi

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 9 080
Səs ver:
(səs: 2)
Azərbaycanlı blogger Elvir Osmanov bir transseksualla əlaqə saxlayıb və gizliliyi qorumaq şərtiylə onunla söhbət edib.

Qadınlar.Biz həmin bloq yazısını bəzi ixtisarlarla təqdim edir:

Onlar haqqında çoxumuzun məlumatı yoxdur və ya çox azdır. Bir transseksualla əlaqə saxladım və gizliliyi qorumaq şərtiylə mənimlə söhbət etməyə, müsahibə verməyə razı oldu. Təxminən iki saatlıq söhbətimizdən maraqlı hissələri seçib, oxuculara təqdim edirəm. Onların yaşadıqları həyat, problemləri barədə daha geniş məlumata sahib olacaqsınız.

Əsl adım Röyaldı.İndi Röya adını işlədirəm. Səsim də pis deyil. Kişi səsiylə oxuyanda səsim Röyanın səsinə oxşayır, qadın səsiylə oxuyanda Aygün Kazımovanın.

Hər gün, hər saniyə yaşadığım bu həyata, özümə nifrət edirəm. Mən bu deyiləm. Fahişə olmaq üçün bədənimi, cinsiyyətimi dəyişdirmədim. Gedəcəm bu ölkədən. Dodaqlarımı düzəltdirmişəm. İki min manat borcum var. Borcumu ödədikdən sonra pul yığmağa başlayacam. Maraqlanmışam, üç min manat pul lazımdı. Pulum hazır olan kimi Hollandiyaya gedəcəm.

Hər gün Allaha dua edirəm.Məni bağışlasın deyə yalvarıram. Düşünürəm ki Allahın mənə verdiyi bədənə xəyanət etmişəm. Amma çox çətin idi, inan mənə. Kişi bədəninə həbs olunaraq yaşamaq çox çətindi. Xüsusilə universitetə başlayandan sonra dözülməz həddə çatmışdı. Çoxları elə bilir ki biz kef üçün, pul qazanmaq üçün özümüzü bu hala salırıq. Allaha qurban olum, O bilir mən özümü biləndən nə əzablar çəkmişəm.

Uşaqlıqdan qadın olduğumu bilirdim. İncəsənət universitetində kinoşünaslıq oxuyurdum. Hər gün işgəncə kimi keçirdi. Qız kimi yeriyirdim, hərəkətlərim, oturuşum, duruşum qız kimi idi. Axı mən qadın idim! Özümdən asılı deyildi... Ailəm nə qədər məni dəyişdirmək istədi, zorla kişi kimi geyindirdilər, döydülər. Amma mən evdə heç kim olmayanda bacımın paltarlarını geyinib bir neçə saat evdə belə gəzirdim, rəqs edirdim. Gəlin paltarı geyinmək xəyalı qururdum. Hara gedirdim söz atırdılar, söyürdülər. İndi şəhərdə daha rahat gəzirəm. Heç kim trans olduğumu anlamır. Üçüncü kursda oxuyarkən dəyişməyə qərar verdim. Belə yaşamaq mümkün deyildi.

Mənim üçün teatr deyə bir şey yoxdur.Mən teatra dövrü keçmiş bir incəsənət növü kimi baxıram. Amma film həyatdır. Son günlərdə Çarli Çaplinin filmlərini izləməyə başlamışam. Yeri gəlmişkən əmimqızı teatr aktrisasıdır.

Azərbaycanlı kişilərə inanmıram. Üç il bir oğlanı sevmişəm. Mənə deyirdi ki, mən sənin fahişə olmağına icazə verməyəcəm. Məni qoruyacaq, yaşayışımı təmin edəcəkdi. Özün bilirsən ki Azərbaycanda bizim normal işdə çalışmaq imkanımız yoxdur. Ona görə də məcbur fahişəlik etməli oluruq... Sevgilim mən müalicəyə başladıqdan bir il sonra məni atdı. Qaldım ortada, ağır depressiya yaşadım. Amma fikrimdən dönmədim. Mütləq gedəcəm bu ölkədən, normal həyat yaşayacam... Gəlin paltarı geyinmək xəyalı ilə yaşayıram.

Heç vaxt ana ola bilməyəcəm.Bəlkə də Hollandiyada övladlığa uşaq götürmək mümkündür, bilmirəm. Amma heç vaxt öz uşağım olmayacaq. Sevdiyim kişidən, ərimdən uşaq doğa bilməyəcəm. Bunu bilmək mənə əzab verir.

Anam üçün çox darıxıram. Atam mənim "xəstə” olmağımda anamı günahlandırırdı. Nə vaxt acıqlansa anamı döyür, təhqir edirdi... Ara bir anama zəng edirəm, səsini eşitmək üçün. Amma danışa bilmirəm. Anam mənim zəng etdiyimi başa düşür, ağlamağa başlayır.

Anam hicablıdı. Mən də namaz qılırdım. Bəzən yenə qılıram.

Hər gün ağlayıram. Fahişə olduğum üçün özümə, məni bu hala saldığı üçün bu cəmiyyətə nifrət edirəm. Küçədə mənə söz atan, söyüş söyən kişilərin bəziləri sonra mənlə yatmağa gəlirlər. Mən Azərbaycanda normal kişi olduğuna inanmıram. Çoxu homoseksualdı.

Bəzi kişilər inciməsin deyə onlarla yatıram. Bəzən eybəcər kişilər gəlir. Vallah puluna görə yox, sırf inciməsin, özünü pis hiss etməsin deyə onlarla da yatmağı qəbul edirəm.

Bir evdə üç-dörd ay yaşayandan sonra qonşular təzyiq göstərməyə, şikayət etməyə başlayırlar. Məcbur evi dəyişdirməli oluruq. İndiyə qədər 10-dan çox ev dəyişdirmişəm.

...Hər gün Allaha şükr et. Allah hər şeyi mükəmməl yaradıb. Bir tükün belə bilirsən nə qədər əhəmiyyəti var? Allah məni də bu cür sınağa çəkdi. Amma mən dözə bilmədim, qadın olduğum halda kişi bədəniylə yaşaya bilməzdim.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 9 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri