Şeyxdən Aygünün qızına "TƏRS SİLLƏ"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 640
Səs ver:
(səs: 1)
Əbdül Mahmudbəyov: "O yerdə ki sənət olmur, bədənlə gündəmdə olmağa çalışırlar”

ATV-nin "Gündəlik” verilişində qonaq olan xalq artisti, müğənni Aygün Kazımovanın qızı İlqarə səhnəyə gəlişi və imicindən danışıb. Geyimlərini bəzən anasının məsləhəti ilə seçdiyini söyləyən İlqarə səhnədə abır-həyanın elə də böyük rol oynamadığını bildirib. Verilişin aparıcısı Mətanət Əliverdiyevanın "sən bir az qapalı geyinirsən, abır-həyalı geyinməyə çalışırsan” sözlərinə gənc müğənni belə cavab verib: "Səhnədə abır-həya bir o qədər də önəmli deyil. Səhnədə hər şey etmək mümkündür. Bu səhnədir”.

Maraqlıdır, doğrudanmı səhnədə abır-həya önəmli deyil? Səhnə adamları istədiklərini edə bilərlər?

Tanınmış kinorejissor Əbdül Mahmudbəyov hər zaman abır-həya davası etdiyini dedi: "Mən həmişə abır-həya, milli-mənəvi dəyər davası etmişəm. Çox vaxt düzgün anlaşılmamışam. Ona görə də həmişə məni elə qələmə verirlər ki, guya mən naftalin iyi verən köhnə kişilərdənəm. Hansı ki, elə deyil. Mənim üçün hər şeydən önəmlisi milli-mənəvi dəyərlərimizi, əxlaqımızı Avropanın murdar təsirindən qorumaqdır.

Təəssüflər olsun ki, bizim gül balalarımız, cavanlarımız buna çox böyük maraq göstərirlər. Məsələn, bir məhəllədə, kənddə bir narkoman olanda orada onlarla narkoman yetişir. Belə məhəllədə bir dənə olsun elmlər namizədi yetişmir. Qəribə də olsa, bu belədir. Mənim Aygün xanıma çox böyük hörmətim var. Amma niyə Aygün xanımın qızı bu gün bu sözləri desin?! Heç bir halda ifaçıya, sənətə xidmət edənə ixtiyar verilmir ki, o soyunub əzələ nümayiş etdirsin.

O yerdə ki sənət, böyük mədəniyyət olmur, onda, təbii ki, bədənlə gündəmdə olmağa çalışırlar. Təəssüflər olsun ki, bu, artıq Azərbaycanda ifrat dərəcədədir. Ən təhlükəlisi isə odur ki, mən bunları dilə gətirəndə qəbul etmirlər, məni qınamağa başlayırlar. Mənə elə gəlir ki, istər müxalifət olsun, istərsə də iqtidar, söhbət milli-mənəvi dəyərdən, tərbiyədən gedirsə, biz hamımız birik. Bu mənada elə düşünürəm ki, belə şeylərə qadağa qoymaq lazımdır. Mən küçəyə çıxa bilmirəm.

Məni tanıyan hər kəs yaxınlaşıb soruşur ki, bu nə biabırçılıqdır. Sənətkarlarımızdan Şövkət Ələkbrova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova dünyanın, xalqın məhəbbətini sənətləri ilə qazanıblar, yoxsa soyunub əndamlarını göstərməklə?! Aygün xanım niyə icazə verir ki, onun qızı belə mövzuları gündəmə gətirsin?! Mən çox təəssüf edirəm, heç gözləməzdim. Biz heç vaxt avropalı ola bilmərik. Ona görə ki, biz şərqliyik. Bizim öz dəyərlərimiz var. Bizim avropalı olmaq kimi bir fikrimiz yoxdur və bu bizə heç lazım da deyil”.
(milli az)
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri