Cadu ilə məşğul olan ulduzlar - sorğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 951
Səs ver:
(səs: 2)
«Fala inanma, faldan da qalma» məsəlini yəqin ki, hamı bilir. Çoxları caduya inanmadıqlarını deyir. Amma cadunun gücüylə ərə gedən, iş düzəldən də az deyil. Hətta pullarının sayı-hesabı olmayan, dünyada məşhur olan Hollivud ulduzları da cadunun köməyi ilə sevgili tapır, ailə qururlar.

Qadınlar.Biz-in məlumatına görə, xarici mətbuat araşdırma apararaq, cadu ilə məşğul olan Hollivud ulduzlarının siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik.

Lənətlənən sevgililər
Onunla birlikdə olan kişilər karyeralarını itirir, həyatları məhv olur. Deyilənə görə, Madonna bütün sevgililərinə əvvəlcə cadu etdirir ki, həmişə ondan asılı vəziyyətdə qalsınlar, ayrıldıqdan sonra isə onları lənətləyir. Ayrıldığı həyat yoldaşı Qay Riçi çəkildiyi bir çox filmlərlə məşhur olmuşdu. Artıq o, filmlərə daha yüksək qonorarla dəvət alırdı. Amma Madonna ilə evlənəndən sonra qazandığı uğurları itirdi. Çəkildiyi filmlərsə tamaşaçı rəğbəti toplaya bilmədi. Beyzbolçu sevgilisi Aleksin də taleyi Qay Riçidən fərqli olmadı. O, Madonna ilə tanış olandan karyerası dağıldı. Narkotik maddədən istifadə etməkdə günahlandırılaraq həbs olundu.

Cadugərlərin dostu Peris Hilton
Yaxın rəfiqələri Perisi «şeytanın dostu» adlandırır. Hiltonun yaxın rəfiqəsi Nikol Riçinin dediyinə görə, onun işləri heç yolunda getmirmiş. Dostları da ona Hollivudun məşhur falçısı Həkim Zmeyi məsləhət görüb. Həkim Perisin lənətləndiyini söyləyib. Onunla görüşdən sonra Hiltonun bütün işləri yağ kimi getməyə başlayıb. Deyilənə görə, Peris falçı ilə tanış olduqdan sonra hətta bəyəndiyi kişini belə cadugərin köməkliyi ilə özünə cəlb edir. İndi heç bir kişi onun əlindən asanlıqla qurtula bilməz, ta ki, bunu Peris istəməsə.

Maykl Ceksonun 42 inəyi
Mətbuatın yaydığı xəbərə görə, mərhum müğənni rejissor Stiven Spilberqə və daha 25 musiqiçiyə ölməsi üçün cadu etdirib. Ritual İsveçrədə Babi adlı cadugər tərəfindən həyata keçirilib. O, Ceksona bütün düşmənlərini lənətləyəcəyinə söz verib. Əvəzində isə ondan 150 min dollar istəyib. Cadu 42 inək vasitəsilə edilib. Heyvanların kəsilməsində Cekson bilavasitə iştirak edibmiş. Amma müğənni pulu verməyib və onlar arasında qalmaqal düşüb. Deyilənə görə, Babi bütün lənəti Ceksonun özünə yönəldib.

Cennifer Lopezin sirri
Müğənninin vizajisti Skott Barns ondan haqqını ala bilməyincə media nümayəndələrinə maraqlı açıqlamalar verib. O, bütün KİV-ə müğənninin gözəllik sirlərini açmağa başlayıb. Bunu görən Lopez şəxsi cadugəri Merl Qonsalesdən Skottun ağzını bağlamasını istəyib. Jurnalistlərin araşdırmalarına görə, Qonsales cadularını daş və heyvan qanı ilə edir. Müğənni bütün işlərini onun məsləhəti ilə yerinə yetirir. Hətta CeyLo sevgililəri - Kris Jad, Paff Deddi və Mark Entonini gözəlliyi ilə yox, magik ritualların köməyi ilə cəlb edib.

Penelope Kruzun cadugər dostu
Sən demə, aktrisa istədiyi filmə çəkilmək üçün rejissorlara cadu etdirirmiş. Hətta bir dəfə çəkildiyi filmə sponsor tapılmadığı üçün çəkilişlər dayandırılıb. Bunu görən, Penelope cadugərlərin köməyi ilə filmə sponsorlar da cəlb edib. Hətta aktrisanın Tom Kruzu magiyanın köməyi ilə ələ aldığı deyilir. Nikol Kidman da Tom Kruzla nikahlarının uğursuz olmasında Penelopeni günahlandırır. Belə ki, deyilənə görə, Penelope Kidmanın toy paltarına cadu etdiribmiş.

Demi Murun lənətlənmiş qalstuku
Demi Mur həyat yoldaşı Bryusdan boşandıqdan sonra depressiyaya düşüb. Sən demə, buna səbəb aktrisanın Bryusa cadunun köməyi ilə ərə getməsi imiş. Özü də cadunu aktyorun qalstukuna etdiribmiş. Boşandıqdan sonra Mur 6 ay həmin qalstuku boynundan asıb, ərinin ətirlərini vururmuş. Nəhayət, aktrisa bunun cadunun təsiri olduğunu düşünüb, falçıya müraciət edib. Falçı isə ona 10 rəfiqəsinin yanında həmin qalstuku yandırmasını məsləhət görüb. Qalstuk yandırılandan sonra Mur əvvəlki xoşbəxt həyatına qayıtdığını deyir.

Kameron Diazın cadulu paltarı
Deyilənə görə, Kameron Diaz hələ orta məktəbdə oxuyandan caduyla məşğul olurmuş. O, çəhrayı rəngli alt paltarına magik rituallar etdirirmiş ki, məktəbdə bütün oğlanlar onun dərdindən dəli olsun, müəllimlər ondan dərs soruşmasın və imtahanlardan yaxşı qiymətlər alsın. Kameron indi də bu vərdişini unutmayıb. Bir iş dalınca gedəndə həmin cadulu çəhrayı alt paltarlarını geyinir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri