Elza Seyidcahan əməliyyat olundu

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 9 614
Səs ver:
(səs: 1)
Əməkdar artist Elza Seyidcahan əməliyyat olunub.

Üç gündür xəstəxanada olan müğənni hazırda özünü yaxşı hiss edir. O, əməliyyatın ağır keçdiyini bildirib:
 
"Bir ildir ki, bu problem mənimlədir. Həkimlər hər dəfə deyirdi ki, əməliyyat olunmalısan, uzadırdım. Deyirdim, bu tədbiri yola verim, oğlumun toyu bitsin... Xocalı soyqırımı ilə bağlı Türkiyəyə gedəndə bu ağrılarla gedib-gəldim. Problem daha da uzandı. Özümü sənətimə qurban verdim. Əməliyyata tərəddüd edirdim, səhər oyandım, avtomobilə minib, evdəkilərə demədən gəldim. Qızım şübhələnmişdi deyə, yanımdan əl çəkmədi. Sonra oğluma zəng ediblər ki, ananın maşını xəstəxananın həyətində qalıb, gəl götür. Çox ağır proses idi. Problemin nə olduğunu demək istəmirəm, bircə onu bildirim ki, bu, plastik əməliyyat deyildi. Burada mənə çox yaxşı baxırlar. Başqaları əməliyyat üçün Almaniyaya və ya başqa xarici ölkəyə üz tutur. Amma şahidi oldum ki, bizim həkimlərimiz, həqiqətən də, möcüzə edə bilirlər. Narkozdan ayılanda həkimlər sual veriblər ki, qızını, yoxsa oğlunu çox istəyirsən. Demişəm, ikisini də. Hətta gəlinim Xəyaləni də soruşmuşam. Burada yenicə doğulan bir körpə var, adı İbrahimdir. Ağlayanda anası mənim qucağıma uzandırır, sakitləşir. Yatanda da barmağımı tutub yuxuya gedir”.


(səs: 1)
Şərhlər: 8
Baxılıb: 9 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri