Ebru Gündeşin atası küçələrdə yaşayır - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 320
Səs ver:
(səs: 0)
Müğənni Ebru Gündeş milyon dollar dəyəri olan villada yaşadığı halda atası evsiz qalıb.

Qadınlar.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı Reza Zərrabla ailə quran sənətçinin atası küçədə köhnə əşyaların satışı ilə məşğuldur. Qızının onu heç vaxt axtarmadığını deyən Remzi Gündeş  gecələrini 20 kvadrat metrlik dükanda keçirir. O, Ebru haqda danışmaqdan imtina edib.

"Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. Acından ölərəm, amma kiminsə qapısına gedib, bir loxma çörək də istəmərəm. Bir vaxtlar mənə gəl bu evdə qal demişdi. Amma ondan gələcək xeyiri istəmirəm. Mənə halallıq lazımdır. Haramla heç bir işim yoxdur” deyə R.Gündeş bildirib.

Sənətçinin atası "Heç nəvənizi gördünüzmü” sualına isə "Mənim övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox istəyərdim” cavabını verərək göz yaşlarını saxlaya bilməyib.

R.Gündeşi sonda "Əsgər ailəsində doğulmuşam. Ona görə də qürurum var. Yoxsa Bülənt Ərsoyun da qapısını döyüb, kömək istəyərdim. Dövlətə pul ödəmədiyim üçün on ildir təqaüddən məhrum olmuşam. Əgər bunu ala bilsəydim, heç olmasa, bir az daha yaxşı olardı" deyib.

 

 

 

 

 

 

 

 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri