Ebru Gündeş şayiələrə son qoydu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 672
Səs ver:
(səs: 0)
Türkiyəli müğənni Ebru Gündeşin atası Rəmzi Gündeşin, qızının onu atması və səfil həyat yaşaması ilə bağlı mediada yayılan açıqlamalarına müğənni tərəfindən aydınlıq gətirilib.

Qadınlar.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəmzi Gündeşin öz dükanında yoxsul vəziyyətdə yaşaması, illərdir qızının onu axtarmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Belə ki, içki ucbatından atasının yaddaşının zəiflədiyini deyən Ebru Gündeş "ona göndərdiyim pulların çekləri var məndə. Bu cür ittihamlarla qarşılaşacağımı bildiyim üçün onları saxlamışam. O qədər unutqandır ki, hətta görüşərkən məni çətinliklə tanıyır” söyləyib.

Məlumata görə, Gündeş Bakırköy adlanan yerdə atasına ev alsa da, onun "ev istəmirəm, mənə maşın al, o evdə qalmaram, mağazamda daha xoşbəxtəm” dediyi ortaya çıxıb.

Gündeş hətta bir neçə il əvvəl içki düşkünü olan atasını müalicə etdirmək üçün xəstəxanaya da aparıb, lakin heç bir nəticə əldə olunmayıb.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri