Qadın cadunu sildirməyə getdi və zorlandı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 476
Səs ver:
(səs: 0)
Türkiyədən Kiprə cadu sildirməyə gedən qadın cinsi təcavüzə məruz qalıb.

Qadınlar.Biz-in məlumatına görə, Türkiyənin Mersin şəhərində yaşayan 37 yaşlı bir qadın ona cadu edildiyini düşünərək, cadunu sildirmək üçün Şimali Kiprin paytaxtı Lefkoşaya gedib.

Hadisə ötən həftənin cümə günü baş verib. Lefkoşaya cadugər kimi tanınan şəxsin yanına gedən qadın cadunun silinəcəyindən əmin imiş. Cadugər də 37 yaşlı qadını evə dəvət edərək, ona özünü rahat hiss etməsini bildirərək yataq otağına aparıb. Daha sonra isə onun qollarından tutub.

Qadın müqavimət göstərməyə çalışdıqda isə onun sol gözünə yumruqla zərbə endirib və təsirsiz hala salıb. Boğazını sıxıb, "səsini çıxarsan, səni öldürəcəm" deyib və zorla paltarlarını çıxararaq qadını zorlayıb.

Hadisə baş verdikdən sonra qadın dərhal polisə şikayət üçün gedib. Qadının izahatından sonra hərəkətə keçən polislər təqsirləndirilən şəxsi yaxalayıblar. Nikosiya məhkəməsi isə həmin şəxsin həbs edilməsi barədə qərar verib.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri