Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 845
Səs ver:
(səs: 1)
O, belində tatu etdirmək istədiyini deyib.

Bakıxanov qəsəbəsində 16 yaşlı məktəbliyə qarşı seksual xarakterli davranış olub.

Qadınlar.Biz Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Sabunçu rayon 13 saylı Polis İdarəsində bildiriblər.

Fakt üzrə iki nəfər saxlanılıb – hər ikisi yerli sakindir. Saxlanılan şəxslərin adları açıqlanmır, onlardan biri zərərçəkənin sinif yoldaşıdır, o biri isə əvəllər də məhkum olunmuş 25 yaşlı gəncdir.

Məlumdur ki, qız hazırlığa gedərkən yolda öz sinif yoldaşı ilə rastlaşıb. Söhbət əsnasında belində tatu etdirmək istədiyini deyib. Bu zaman oğlan onda tatu aparatının olduğunu deyib və ona kömək təklif edib. Amma qız deyib ki, aparatı versə tatunu özü edə bilər.

Sinif yoldaşı aparatın evdə olduğunu deyib və onlara qalxmağı təklif edib. Heç nədən şübhələnməyən qız onunla qalxıb. Amma mənzildə onları əvvəllər məhkumluq həyatı yaşayan birisi gözləyirdi.

Bıçaqla silahlanmış oğlanlar qızı hədələyərək ona soyunmağı əmr ediblər. Bundan sonra qıza qarşı seksual xarakterli davranışlar olsa da cinsi əlaqəyə girməyiblər. 4 saat sürən bu əxlaqsızlığı cinayətkarlar mobil telefonun kamerasına çəkiblər.

Qızın uzun müddət olmamasından valideynlər narahat olublar. Polisə müraciət edən valideynlər onlarla bərabər qızı axtarmağa başlayıblar. Yerli sakinlərin sorğusu nəticəsində çox qısa zamanda əxlaqsızların qapısına gəlib çatıblar. Qız valideynlərinə qaytarılıb, cinayətkarlar isə saxlanılıb.

Saxlanılan şəxslərə qarşı AR CM-in 152-ci maddəsinə (seksual xarakterli davranış) əsasən cinayət işi açılıb.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri