"Qızlarım yenidən ailə quracaqlar, nə çox oğlan var" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 466
Səs ver:
(səs: 0)
"İnşallah qızlarım yenidən ailə quracaqlar. Bu həyatda heç kimsə tək, subay və ya arvadsız, ərsiz qalmayıb. Nə çox oğlan var”.

Qadınlar.Biz xəbər verir ki, bu sözləri Lent.az-a əməkdar artist Almaz Ələsgərli qızlarının şəxsi həyatından söz açarkən deyib. O bildirib ki, qızları yenidən ailə quracaq:

"Hər bir insanın şəxsi həyatı toxunulmazdır. O cümlədən də mənim və qızlarımın. Qızlarıma inanıram. Və onlara görə rahatam. Hər ikisinə qurban olaram. Onların şəxsi həyatı ilə özümü reklam etdiyimi deyənlər də var. Onlara demək istəyirəm ki, siz qələt edirsiniz. Mən hər zaman gündəmdəyəm. Qızlarım balaca olanda da mən gündəmdə idim. Bu gün də gündəmdəyəm. Daim telekanalların öz maraqları olub deyə qızlarımı çəkiblər. Amma mən bunun tərəfdarı olmamışam. İnşallah, yenidən ailə quracaqlar. Amma deyə bilmərəm nə vaxt. Qismətləri nə zaman olsa, ailə quracaqlar”.

Qeyd edək ki, A.Ələsgərlinin 2 qızı var. Hər ikinin ilk evliliyi uğursuz olub. Belə ki, böyük qızı Mədinə Londonda yaşayan Vüqarla ailə qursa da qalmaqallı şəkildə boşanıb. İkinci qızı Əminə də 2009-cu ildə Orxan adlı bəylə ailə qursa da, 4 ayın gəlini olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri