Azərbaycan şou-biznesində siqaret çəkən xanımlar - siyahı+fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 12 647
Səs ver:
(səs: 1)
Dədə-babadan eşitmişik ki, "qadına siqaret yaraşmaz”. Amma reallıq budur ki, siqaretdən istifadə edən qadınların sayı artmaqdadır. Cəmiyyətimizin görünən tərəfi olan şou-biznesdə isə həmin qadınların sayı daha çoxdur. Bir çoxları siqaretdən istifadə etdiyini qəbul etsə də, bunu gizlədənlər var. Qadınlar.Biz Lent.az-a istinadən siqaret çəkən bəzi tanınmış qadınların siyahısını təqdim edir.
 
Siyahıya xalq artisti Nisə Qasımova başçılıq edir. N. Qasımova həmin ifaçılardandır ki, siqaretdən istifadə etməsini heç bir vaxt mətbuatdan gizli saxlamayıb. Hətta siqareti özünün ən yaxın dostu hesab edir. İllər öncə həmkarı Brilliant Dadaşova ilə siqaret üstündə söz-söhbətləri də olmuşdu.
 
Xalq artisti Aygün Kazımova da siqaretdən istifadə edən məşhurlardandır. A.Kazımova zamanında "Siqaret”, "Şəklimi çək” kimi mahnılarının kliplərində də siqaretdən istifadə edib.
 
Müğənni Röya Ayxan da siqaret çəkənlərdəndir. Amma Röya A. Kazımovadan fərqli olaraq siqaret çəkməyini mediadan gizlədir.
 
Növbəti sırada isə nazı-qəmzəsi yerə-göyə sığmayan müğənni Xumar Qədimovadır. X. Qədimova siqaretdən istifadə etsə də, bu hərəkətini gizlətməyi üstün tutur.
 
Müğənni Günel Ələkbərova da siqaret çəkən məşhurlardandır. İfaçı siqaret çəkdiyini gizli saxlasa da, bir çoxları bundan xəbərdardır.
 
Siqareti hava-su kimi qəbul edən sənətçilərdən biri də Səidə Sultandır. Az sayda insan olar ki, Səidənin siqaret çəkməyini bilməsin.
 
Şou-biznesdə "Elit Star” ləqəbini özünə yaraşdıran Cəmilə İsgəndərova da siqaret çəkən tanınmışlardandır. Müğənni siqaret çəkməyini cəmiyyətdən gizli saxlayır.
 
Cəmilənin sənət yoldaşı Rəqsanə İsmayılova da ondan geri qalmır. Özü də daha çox çəkməklə...
 
Azərbaycanın adını Türkiyədə tanıtmaq iddiasında olan və türkiyəli aktyor Tolqa Karellə ailəli model Günay Musayeva da siqaret çəkən tanınmışlardandır.
 
Bir neçə il öncə ailə quran Emma Ələkbərzadə də siqaretdən istifadə edir. Hətta bir neçə tədbirə həyat yoldaşı ilə birgə qatılan müğənni masa arxasında siqaretlə görünüb.
 
Rəqqasə Oksana Rəsulova da siqaretin zərərinə məhəl qoymur. Belə ki, Oksana da "palaza bürün, elnən sürün” deyimini əsas tutaraq, şou-biznes əhllindən geri qalmır.
 
Bəstəkar Nailə Mirməmmədli də siqaret çəkən məşhurlardandır.
 
Şou-biznesə gəlməyi ilə getməyi bir olan gürcü əsilli müğənni Suli də siqaret çəkən sənətçilərdəndir. Gürcü müğənni bunu gizlətmir də...
 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən ölkələr siyahısında Azərbaycan 32 faizlə 85-ci sırada qərarlaşıb. ÜST-ün reytinq cədvəlində daha çox siqaret çəkilən ölkə isə Monqolustandır. Təşkilatın hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Və bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Araşdırma zamanı məlum olub ki, Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir. Onların 10 faizi qadındır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 12 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri