Röyanın bağından fotolar + video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 078
Səs ver:
(səs: 0)
Müğənni Röya Ayxan iyunun 14-dəki ad gününü Mərdəkandakı bağında tək qeyd edib.

Qadınlar.Biz-in məlumatına görə, "Onlar” kamerası qarşısına keçən sənətçi maraqlı açıqlamalar verib:

"Ad günümü keçirtmirəm. Oğlum da gedib nənəsigilə. Sevmirəm ad günü. İnsan var ki, bunu günlərlə, saatlarla qeyd edir. Çalışacam tək yaxşı keçirdim. 33 yaşına qədəm basıram. Yaşlanmağı sevirəm. Qadın yaşlandıqca daha maraqlı, cazibədar olur. Onunla daha çox maraqlanırlar. Daxilim dəyişmir, dəlisovluq qalıb. Özümü saxlaya bilmirəm, insanların üzünə nə olsa deyirəm. Məni şoka salan hədiyyələri sevirəm. Ətir xoşlamıram. Özümün xüsusi ətirim var ki, onu sifariş edirəm. İstəyirəm desinlər ki, ay bu qız nə vurmuşdu? 30 yaşımda Kənan mənə atəşfəşanlıq etmişdi, uşaq kimi ağlayırdım. Allah məni o qədər sevir ki, qurda-quşa yem etmir. O biri günlərimə baxanda deyirəm, indi yaxşıdır.
İnsanların xəstəliyi mənə tez keçir. Kiməsə zəng edim, desin qripəm, həmin gecə hərarətim olacaq. Biri desin böyrəyim ağrıyır, başlayacaq məndə də ağrımağa".

Bağ evindən danışan Röya özünü orada rahat hiss etdiyini deyib:

"Çox rahatdır. Əvvəl dava edirdim ki, gedək şəhər evinə. İstəmirdim buranı. İndi öyrəşmişəm. Bircə qışda həyət evindən zəhləm gedir. İnsanlar bəlkə də məni kompleksiz biri kimi bilir. Amma çox utancağam. Yol gedəndə kimsə mənə baxanda dayanıram. Yanımdakılar əlimdən tutub aparır".

 

 

 

 


 
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri