Azərbaycanda çoban arvadını fermerin qoynunda tutdu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 9 791
Səs ver:
(səs: 0)
Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü S. İ. qısqanclıq zəminində arvadı S. İ-nı öldürməyə cəhd edib.

Teleqraf.com-un xəbərinə görə, hadisə 2013-cü il avqustun 16-da baş verib.

S. İ. həyat yoldaşı Sərfanə İsgəndərova ilə birlikdə E. B-in Göygöl rayonu Hacıməlik qəsəbəsində olan təsərrüfatında məskunlaşıblar. S. İ. E. B.-in təsərrüfatında çoban işləyib. O, arvadının E. B. ilə intim əlaqəsi olmasından şübhələnib.

S. İ. şübhələrini doğrultmaq üçün arvadını güdməyə başlayıb. O, bir neçə gün arvadını güdəndən sonra şübhələrinin doğrulduğunu görüb. Belə ki, arvadı E. B.-lə daim intim münasibətdə olub. Buna görə də o, E. B.-dən qısas almaq qərarına gəlib. O, E. B.-i öldürmək üçün imkan axtarıb.

Arvadını heyvanlar saxlanılan yerdə kişi ilə tutdu
 
Avqustun 16-da, gecə saat 01.00-da S. İ. yuxudan oyanıb və arvadını yanında görməyib. O, arvadını axtarmağa başlayıb. S. İ. arvadını heyvanlar üçün nəzərdə tutulmuş tikilidə E. B.-lə cinsi əlaqədə olan yerdə tutub. Bu zaman E. B. oradan qaçıb.

Eyvazın qaçdığını görən S. İ. arvadı ilə mübahisə edib. Arvadının ona xəyanəti azmış kimi mübahisə də etməsi Süleyman İsgəndərovu daha da əsəbləşdirib. O, arvadını öldürəmək qərarına gəlib. Bu məqsədlə ərzaq doğramaq üçün istifadə olunan bıçağı götürərək arvadına çoxsaylı zərbələr endirib.

Yaralı qadın necə xilas edildi?

Heyvan saxlanılan yataq avtomobil yolundan və yaşayış məntəqələrindən xeyli uzaqda yerləşib. Bu səbəbdən S. İ. S. İ.-ya heç kimin kömək etməyəcəyini, tibbi yardım göstərilməyəcəyini düşünüb və onun öləcəyinə  əmin olub. O, yaralı arvadını heyvanlar üçün nəzərdə tutulmuş yataqda qoyaraq gedib.

Bir neçə saatdan sonra E. B. yatağa gələrək S. İ.-nı yaralı olduğunu görüb və onu xəstəxanaya aparıb. Xəstəxanada S. İ.-yə tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu səbəbdən də S. İ. cinayəti başa çatdıra bilməyib. O, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Arvadına qəsd edənə 6 il 9 ay iş verildi

S. İ. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Sevindik Əzizovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə S. İ. 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

"Mənə şərti cəza təyin edilməlidir”  

S. İ. hökmdən narazı qalıb. O, barəsində olan cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. O, şikayətini belə əsaslandırıb ki, məhkəmənin hökmü qanunsuz, ədalətsiz və qeyri humanistdir: "Məhkəmə cəza təyin edərkən cinayəti törətdikdən sonra könüllü polis orqanına təslim olmağımı, əməlimdən peşman olmağımı, zərərçəkmiş şəxslə barışmağımı nəzərə almayıb. Himayəmdə azyaşlı övladlarım var. Yaşayış yerim üzrə müsbət xarakterizə olunmuşam. İlk dəfə məhkum olunmağım nəzərə almayıb. Odur ki, mənə şərti cəza təyin edilməlidir”.

S. İ.-un şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə S. İ. çıxış edib.

"Arvadımı öldürmək fikrim olmayıb”

Apelyasiya baxışı zamanı S. İ. şikayətinin dəlillərini tamamilə müdafiə edib. O, əlavə olaraq göstərib ki, arvadını heç vaxt öldürmək fikri olmayıb: "Əgər belə bir istəyim olsa idi, onun bədəninin başqa hissələrinə xəsarət yetirərdim. Sadəcə olaraq arvadım barəsində olan söhbətlərə son qoymaq istəmişəm. Həm də onu qorxutmaq istəmişəm. Hazırda əməlimdən peşmanam. Cinayəti törədən zaman əsəbi olmuşam, özümdə olmamışam. Baş verənlərə görə əsəbimə bhakim ola və özümü idarə edə bilməmişəm. Bir daha belə əməllərə yol verməyəcəm”.

Vəkil: "Onun arvadını öldürmək istəməsi təsdiq edilmir”

S. İ.-un vəkili Fuad İsgəndərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, Süleyman İsgəndərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi  ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edib.

Vəkil qeyd edib ki, S. İ.-un arvadını öldürmək istəməsi işin materialları ilə təsdiq edilmir: "Onun belə bir fikri olmayıb. Evdə ər-arvaddan başqa heç kim olmayıb, onları heç kim aralamyıb. Süleyman İsgəndərov arvadını bıçaqla vurandan sonra evdən gedib. Hətta bu barədə başqa adamlara da bildirib, özü təslim olub. Belə olan halda isə onun əməllərinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi qanuni hesab edilə bilməz”.

Prosesdə çıxış edən prokuror Qalib Rizvanov apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb. O, deyib ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsasın olmayıb.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, S. İ.-un şikayəti təmin edilməyib.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 9 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri