Hüseyn Dəryanın ad günüdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 612
Səs ver:
(səs: 5)
Bu gün mərhum reper Hüseyn Dəryanın ad günüdür.

Qadınlar.Biz-in məlumatına görə, keçmiş həyat yoldaşı Sona Muradova sosial şəbəkədə sənətçi ilə bağlı ürək sözlərini yazıb:

"Sevgilim, bu gün ad günündür. Ağrı içindəyəm, çünki hər il sənə kiçik də olsa hədiyyə alırdım. Yanağından öpürdüm. Bu il edə bilmirəm bağışla. Həyatımda yaşadığım ilk və son sevgim oldun. Səninlə xoş günlərimizi xatırlayıb, ağlamaqdan başqa əlimdən bir şey gəlmir. Ruhun şad, yerin cənnət olsun. Bağışla səhhətim yol vermədiyi üçün qəbir ziyarətinə gələ bilmirəm. Amma yanımdasan, hiss edirəm. Səninlə keçirdiyim o gözəl günləri, dəlilikləri, bir yerdə etdiyimiz sevgi etiraflarını unutmağım mümkün deyil. İndi kənardan seyr edib, sadəcə  gülürəm. Bilirsən nəyə? Sənə narkoman, pulsuz deyib, qapı bağlayanlar indi roldan-rola girirlər. Sənin haqında heç bir məlumatı olmayan insanlar səninlə bağlı xatirəsi varmış kimi danışanda nifrət edirəm. Amma susuram. 7 il sənlə əziyyət çəkən tək bir ad var idi: Sona. Səni necə varsan, elə qəbul etdi. Mənə sevgini sübut etmək üçün dəyişəcəyinə söz verdin və onu tutdun. Hüseyn, səni həmişə sevdim, qəlbimdəsən, həmişə də sevəcəm. Ad günün mübarək".

Qeyd edək ki, Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişib. Reperin ilk evliliyindən qızı, ikinci həyat yoldaşından isə oğlu var.

 

 

 

 

 

 

 
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri