"Xəzər” telekanalında yayımlanan "Ay Zaur” verilişi bu dəfə müğənni Ayan Babakişiyevanın evində qonaq olub.
Qadınlar.Biz-in məlumatına görə, həyatından, qızından danışan sənətçi çox xoşbəxt olduğunu söyləyib.
Qızını 1 yaşına kimi efirə çıxarmayacağını deyən Ayan onun görüntülənməsinə icazə verməyib. Aparıcı Zaur Kamal isə üzünü tam göstərməsə də balaca Selenanı çəkib.
Z.Kamalın "Ailə qurandan sonra səndə səmimiyyət yaranıb” sualına isə A.Babakişiyeva belə cavab verib:
"Zaur, xahiş edirəm, qarşı tərəfdən danışmayaq. Hər gecə qızımla yatıram, bundan gözəl heç nə ola bilməz. Mən hər zaman səmimi olmuşam”.
İfaçı qardaşı ilə birlikdə Barselonaya, yay istirahətinə gedəcəyini də deyib.