"İslam intimi" qadağan olundu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 659
Səs ver:
(səs: 1)

Malaziyanın hakimiyyət dairələri ölkədə fəaliyyət göstərən "İtəatkar Qadınlar Birliyi" təşkilatının hazırlayaraq çap etdiyi "İslam intimi" kitabını yasaqlayıb.

  Bu kitabı yayanları 3 ilədək həbs və 20 min rinqit (təqribən 6400 dollar) cərimə gözloəyir.

Malaysia Star"a istinadən bildirir ki, indiyədək "İslam intimi"ni 700-ə yaxın adam oxuyub. Polisin fikrincə, alıcıların əksəriyyəti qadınlar olub.

Kitabda ərini "tam təmin etmək üçün mömin müsəlman qadınlar üçün intimlə bağlı məsləhətlər" çap olunub.

"Bu məsləhətlərə əməl edən qadın əmin ola bilər ki, onun əri xəyanət etməyəcək, yataqda ona qarşı zor tətbiq etməyəcək", - kitabda yazılıb.

Malayziyadakı "İtaətkar Qadınlar Birliyi"nin üzvləri hesab edirlər ki, qadın ərini təmin etməli və çorxarvadlılığa etiraz etməməlidir.

"Əsl mömin müçəlman qadın ərinin iradəsinə tam tabe olmalıdır. O, ərinə heç bir şeydə etiraz etməməlidir. Alllahın qadına hədiyyəsi olan əri heç bir vəchlə narazı salmaq və hirsləndirmək olmaz", - "İtaətkar Qadınlar Birliyi"nin nizamnaməsində deyilir.

Bu təşkilat Malayziyada hələ 1990-cı illərdə sekta sayılaraq fəaliyyəti yasaqlanmış "əl Əkram" təşkilatı ilə sıx bağlıdır. Bundan başqa, "İtaətkar Qadınlar Birliyi"nin islamçı "Ümumdünya İhvanı" təşkilatı ilə də sıx əlaqələri var.

Malayziya DİN-nin təmsilçisi polkovnik Əbdüləziz Mid Nurun dediyinə görə, "İslam intimi" kitabı senzuradan keçmədiyi və naşirlərin yasaq təşkilatla əlaqədar olduqları üçün qadağan olunub.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri