Oksana: “Hindistanda mənə dedilər ki...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 855
Səs ver:
(səs: 2)
Rəqqasə Oksana Rəsulovanın Hindistanda "İndias Best Cine Star Ki Khoj” şousuna qatılması ilə bağlı xəbər vermişdik.

Qadınlar.Biz-in məlumatına görə, Hindistanın ən məşhur kanalı olan "ZEE TV"də hər həftənin şənbə və bazar günləri baş tutan yarışmada Oksana rəqsini nümayiş etdirərək, 2 min iştirakçı içindən seçilən yüz nəfərdən biri olub.

"Space” telekanalında yayımlanan "Hər səhər” verilişinə canlı telefonla bağlanan Oksana müsabiqə haqda bunları deyib:
 
"Uzaqda olsam da, qəlbim vətənim üçün döyünür. Bura işimlə əlaqədar gəldim. Hind rəqsini sevirəm, bunu göstərməyə çalışıram. Hindistanda Azərbaycanın adını tanıtdım. Yarışmada iki min insan içindən seçilən yüz nəfərdən biri oldum. İndi isə 12 iştirakçı finala keçəcək: altısı qız, altısı oğlan. İnşallah, on iki nəfərdən biri olacam. Burada münsiflər məni bəyəndilər. Dedilər, halal olsun sənə ki, Azərbaycandan gəlib, ölkənin adını tanıtdın”.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri