Oruc tutan məşhurlar - SORĞU

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 821
Səs ver:
(səs: 0)
11 ayın sultanı adlandırılan Ramazan ayı ən müqəddəs ay hesab olunur. Maraqlıdır, müğənnilərimizdən bu ayda oruc tutan, savab işlər görən varmı?

Qadınlar.Biz musavat.com-a istinadən bir neçə müğənninin cavabını təqdim edir:
 
Müğənni Əli Mirəliyev il boyu oruc olduğunu dedi:

"Mən il boyu orucam. Səhərlər və gündüzlər çörək yemirəm. Axşam saat 10-12 arası yemək yeyirəm. Neçə illərdir bu belədir. Elə adamlar var ki, oruc tutduqlarını deyirlər, amma bütün günü yeyirlər. Mənim yaxın bir xanım dostum var. Bir dəfə oruc tutmuşdu. Günorta saatlarına yaxın maşın bazarına getmişdik. Orada da yaxşı kabab bişirirlər. Həmin xanım onun iyini hiss edən kimi mənə dedi ki, get mənə kabab al. Dedim ki, sən oruc deyilsən?! Dedi ki, yox, mənə 2 pors kabab al. Gedib ona 5 pors kabab aldım və dedim ki, sənin tutduğun oruc başına dəysin”.

Müğənni Elariz Məmmədoğlu 6 ildən çoxdur ki, oruc tutduğunu dedi:

"Oruc tutanda aclıqdan bir dəfə ürəyim getdi. Bundan sonra 1-2 gün tutmadım. Amma sonra yenə tutdum. Ürəyimin getməyinin də günahı özümdə idi. Çünki səhər yemək yeməmişdim. Artıq 6 ildən çoxdur ki, hər il oruc tuturam”.

Əməkdar artist Baloğlan Əşrəfov isə səhhəti ilə əlaqədar oruc tuta bilmədiyini dedi:

"Mən illər əvvəl çox böyük bir əməliyyat keçirdim. Qara ciyərim dəyişildi. Bununla bağlı elə vaxt olur ki, dərman atmalı oluram. Buna görə də həkimlər mənə oruc tutmağa icazə vermirlər. Amma bütün oruc tutanlara demək istəyirəm ki, Allah onların oruclarını, qıldıqları namazı qəbul eləsin. Bu insanların hər birinə böyük hörmət və məhəbbətlə yanaşıram. Elə edirəm ki, bu ayda savab işlər görüm. Mən oruc tutan yaxınlarıma, dostlarıma iftar süfrəsi açıram”.

Əməkdar artist Azərin də oruc tutanlar sırasındadır.
Müğənninin köməkçisi Cavid Abidov Azərin xanımın hər il oruc tutduğunu dedi:

"Mən 2000-ci ildən ki, Azərin xanımla birlikdə işləyirəm. Mən onu tanıyandan hər il oruc tutur”.

Müğənni Xatirə İslam isə
"Üç nöqtə”yə açıqlamasında oruc tutduğunu bildirib:

"Yalnız Ramazan ayında deyil, bütün aylarda günah etməməyə çalışıram. İnsan həmişə savab işlər görməli və yaxşılıq etməlidir”.

Əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzalə Ağayevanın hər il oruc tutduğunu dedi.

Gənc müğənni Elvin Abdullayev də "Üç nöqtə”yə açıqlamasında oruc tutduğunu bildirib:

"Bu müqəddəs ayda oruc tuturam. Nəinki orucluqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözləmək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri