14 yaşlı qıza təcavüz etmək, sonra da başını kəsib yemək istədi - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 722
Səs ver:
(səs: 0)
İngiltərənin Kent qraflığında yaşayan 58 yaşlı Deyl Bolinqerin həbsi ilə bağlı təfərrüatlar ölkəni şoka salıb.
Polisdən verilən məlumata görə, xəstəxanalardan birində sanitar işləyən Deyl ABŞ vətəndaşı, 14 yaşlı Yeva Qonzaya təcavüz etmək, sonra da onun başını kəsərək yemək istəyib.

İnternetdə fetişistlərin forumlarından birində tanış olduğu Yeva ilə görüş təyin etdiyi gün DİY marketlər şəbəkəsinin dükanlarından birinə yollanaraq balta alan Deyl Bolinqer qurbanını zorlayandan sonra onu şaqqalamağa hazırlaşırmış.
"Bu qız çox gözəl, məlahətli və şirindi. Onu zorlayandan sonra başını kəsəcək, şaqqalayacaqdım. Axırda da qızın tikələrini həvəslə yeyəcəkdim", - D.Bolinqer polisdə verdiyi ifadəsində deyib.

Onun sözlərinə görə, "Dark Fetish Network" forumunda tanış olduğu Yeva Qonzanın özü belə istəyibmiş.
Dörd övlad atası olan Deyl Bolinqer Ramsqeyt şəhərinin sakinidir. O, potensial qurbanını öldürmək üçün aldığı balta ilə evində selfi də çəkdirib, sonra da bu fotonu Yevaya yollayıb.

Manyak potensial qurbanı ilə Kentdəki Eşford dəmiryol vağzalının qarşısında görüşməli idi. Yeva "Eurostar" qatarı ilə Londondan Eşvorda gəlməliydi.
Fəqət, bu görüş baş tutmayıb: işə ABŞ-ın Federal Təhqiqat Bürosu qarışıb və Deyl Bolinqer həbs olunub.
 
 
Kenterberi Kral Məhkəməsindəki prosesdə D.Bolinqer istintaqda verdiyi ifadələrdən imtina edib.

"Polis məni belə ifadə verməyə məcbur etdi. Kimsəyə təcavüz etmək, öldürmək və yemək fikrim olmayıb. Bunların hamısı fantaziya idi. O, amerikalı qızla internetdə yazışmada hirslənmişdim, ona hədə-qorxu gəlmişdim. Baltanı isə bağçamdakı ağacları doğramaq üçün almışdım", - D. Bolinqer bildirib.

 

 

 

(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri