Afaq:"Günel mənim sevgilimin yatağında nə gəzir!?"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 390
Səs ver:
(səs: 2)
Müğənni Afaq Aslanla Günel Məhərrəmova arasında qalmaqal səngimək bilmir.
Qadinlar.Biz-in verdiyi xəbərə görə, bu dəfə də Afaq Günelin sözlərinə cavab olaraq onu "bütün əxlaq ölçülərini keçən qadın" adlandırıb.
 
"Anlayıram ki, sözü danışa bilən adamlara deyirlər. Onun kimilərinə cavab verdikcə, adam özü də səviyyədən düşə bilər. Günel çox artist və iki üzlü adamdır. Həyasızcasına adamın üzünə durur. Onun tərbiyəsiz ifadələrini mənə gələn mesajda oxuduqca, anlayıram ki, bu cür qadınlardan uzaq durmaq lazımdır. Belələrindən nə desən çıxar. Bundan sonra da məni milçək adlandıran o böcəyə cavab verməyəcəm”.
 
Afaq Aslan bu söhbətdən artıq bezdiyini və Günelə yazığı gəldiyini açıqlayıb.
 
"Mənim xarici pasportumu yoxlaya bilər, ömründə bir dəfə də Dubayda olmamışam. Təbii ki, toyundan bir gün sonra  şeyxləri ziyarətə gedən Günel Məhərrəmovanın Dubay qiymətlərindən xəbəri olar. Mən müğənni adına ləkəyəm deyir. Əgər  belədirsə, o da qadın adına ləkədir. Ailəliyəm deyir. Görəsən mənim sevgilimin yatağında nə gəzir!? Hardadır onun əri? Gəlib bir sual versin Günelə. Ürəyim bulanır artıq bu söhbətdən. Allahın ona yazığı gəlsin”
 
Qeyd edək ki, bir müddət öncə müğənni Afaq Aslan həmkarı  Günel Məhərrəmovanı "zövqsüz müğənni” adlandırmışdı. Ardınca isə o, daha bir müsahibə verərək, Günelin xarici görkəmi ilə bağlı fikirlərini bildirmiş, onu kilolu hesab etdiyini demişdi. Hətta bildirmişdi ki, bu görünüşlə o, qabyuyan işləsə yaxşıdır. Günel Məhərrəmovanın da cavabı bundan heç geri qalmamışdı.  Günel cavabında evində Afaq kimi qabyuyanı, süpürgəçisi olduğunu demişdi.
 
Beləliklə də onlar arasında "deyişmə” davam edir.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 5 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri