İntim həyatda zəif olduğu üçün ona xəyanət edən arvadını öldürən ər – CİNAYƏT TARİXİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 093
Səs ver:
(səs: 0)
Qələndər həyat yoldaşı Kamilə Quliyeva ilə 2003-cü ildə tanış olub.

2004-cü ildə isə el adəti ilə toy edərək Kamiləni ata evinə gəlin gətirib.

Qələndərlə Kamilənin 2005-ci və 2006-ci illərdə iki oğul övladları dünyaya gəlib.

Bir-birlərini sevib evlənən gənclər xoşbəxt yaşayıblar. Ərlə-arvad arasında ilk mübahisə uşaq üstə düşüb. Qələndər uşağı döyən Kamilənin özünü döyüb.

Əri tərəfindən döyülən qadın acıq edərək ata evinə gedib. Bir həftə sonra Qələndərin anası və əmisi Kamilənin ata evinə gedərək onu geri gətiriblər.

Bir müddət sonra Qələndər böyrək ağrısından əziyyət çəkməyə başlayıb. Böyrək ağrıları onda cinsi zəiflik yaradıb.

Buna görə də o, 2009-cu ildən arvadı ilə normal cinsi əlaqədə ola bilməyib. Kamilə də ərinə normal cinsi əlaqədə ola bilmədiyi üçün iradını bildirmiş və bu səbəbdən aralarında tez-tez mübahisələr yaranmağa başlayıb.

Qələndər Kamilə ilə yaxınlıq etmək istəsə də, fiziki cəhətdən bunu edə bilməyib. Ehtirası soyumayan Kamilə ərinə ondan ləzzət ala bilmədiyi üçün ona xəyanət edəcəyini bildirib.

Qələndər xəstəxanaya getməyərək utandığından müalicə almayıb.

Kamilə də hər dəfə ərinə kişiliyinin zəif olmasını deyərək pis yola düşəcəyi barədə xəbərdarlıqlar edib.

Avqust günlərinin birində gecə saat bir radələrində çayxanadan evə gələn Qələndər yataq otağına keçərkən pəncərənin altında səs eşidib. Çölə çıxıb səs gələn tərəfə baxanda uca boylu birinin həyətdən çıxaraq qaçdığını görüb.

Evə qayıdan Qələndər yataq otağında həyəcanlı vəziyyətdə uzanan Kamilədən evdə olan kişinin kimliyini soruşub. Kamilə isə cavabında deyib ki, "mən səni xəbərdar eləmişdim, əgər sən mənimlə normal intim münasibətdə olmasan, mən başqası ilə yaşayacam”.

Qələndər onun cinsi zəifliyinin üstünün açılacağından qorxduğundan Kamiləyə heç nə deməyib.

Bu hadisədən bir həftə sonra Qələndər yenə axşam vaxtı evə gələndə yataq otağının pəncərəsindən bir nəfərin tullanaraq qaçdığını görüb.

Qələndər Kamiləyə yaxınlaşaraq nə üçün belə hərəkətlər etdiyini soruşanda o, əcəb edirəm deyib. Kamilə ərinə bacarırsansa gəl sən də elə söyləyib.

Eşitdiyi cavabdan sonra Qələndər Kamiləni döyüb.

Qələndər 3-cü dəfə yenə eyni səhnə ilə üzləşəndə arvadını öldürmək qərarına gəlib.

Bunun  üçün o xüsusi plan hazırlayıb. Plana görə o yataq otağında bıçaq gizlədib və yuxudan ayılandan sonra Kamiləni qətlə yetirməli olub.

Qələndərin planını qohumu pozub. Bibisinin əri ona zəng edərək Dəliməmmədli qəsəbəsindən qızına elçi gəldiyini bildirib. Bibisinin əri ondan onunla Dəliməmmədliyə gedib elçilərin ailəsi ilə maraqlanmaqda kömək etməsini istəyib.

Qələndər də razılaşıb.

Dəlimmədlidə bir-iki nəfərlə söhbət edəndən sonra Qələndər yalandan bibisi ərinə Samir adlı qohumunun onu ad günə çağırdığını deyərək sağollaşıb.

Gəncədə Dubay bazarı adlanan əraziyə gələrək orada çay içib və törədəcəyi cinayət barədə fikirləşib. Sonra bərbərxanaya gedərək saçını düzəltdirib.

Daha sonra taksiyə əyləşərək yaşadığı kəndə yollanıb. Evinə 200 metr qalmış taksi sürücüsünü saxlatdırıb. Maşından düşən Qələndər sürücüdən onu 20 dəqiqə gözləməsini xahiş edib.

Evinə gələn Qələndər yataq otağına qapıdan deyil, pəncərədən daxil olub.

Yataqda olan Kamilə ərindən evə qapıdan deyil, pəncərədən girməsinin səbəbini soruşub. Qələndər də ona evə gec gəlməsini qonşu otaqda yatan anasının görməməsi üçün pəncərədən girdiyini bildirib.

Kamilə yerinə uzananda Qələndər əvvəlcədən evdə gizlətdiyi bıçağı götürərək ona zərbələr endirməyə başlayıb. Kamilənin qışqırığına otaqda yatan azyaşlı oğlu və qonşu otaqda yatan anası oyanıb.

Qələndər pəncərədən çölə çıxıb. Kamilə isə eyvana gedib. Giriş qapısında Kamilənin yerə uzanaraq inildədiyini görən Qələndər uşağını kənara çəkərək arvadına daha bir neçə zərbə endirib.

Anası gələnə kimi evi tərk edən Qələndər onu gözləyən taksiyə əyləşərək Gəncəyə qayıdıb. Yolda taksini saxlatdıraraq torbaya qoyduğu bıçağı tullayıb.

Gəncədə Dubay bazarı adlanan yerin mühafizəçisindən bir neçə saatlığa yatmağa yer istəyib. Bu vaxt əmisi oğlu ona tez-tez zəng edib. Bir müddət sonra o telefonu açanda əmisi oğlu Kamilənin öldüyünü və onun evə gəlməli olduğunu bildirib.

Qaçmağa yerinin olmadığını başa düşən Qələndər taksiyə əyləşərək evinə qayıdıb.

Yolda polis əməkdaşlarını görən Qələndər onlara yaxınlaşaraq təslim olub.

Məhkəmə Qələndər Ələkbərovu xüsusi amansızlıqla qəsdən adam öldürmə və soyuq silah gəzdirmə maddələri ilə təqsirli bilərək onu 14 il müddətinə azadlıqdan məhrum edib.
(gun az)
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri