Məhşur müğənni 4 illik sevgisinə son qoyub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 036
Səs ver:
(səs: 0)
Müğənni Günay İbrahimli "Onlar" verilişinə açıqlamasında keçmiş sevgilisindən danışıb.

Qadınlar.Biz xəbər verir ki, kamera qarşısında gözləri dolan sənətçi "Ola bilərdin" mahnısının şəxsi həyatına aid olduğunu etiraf edib:

""Ola bilərdin" mahnısı şəxsi həyatımdandır. O, mənim ola bilərdi, amma olmadı. Yaxşı ki, olmayıb, getdi. Biz neçə ilin dostu idik. Sonradan münasibət sevgiyə çevrildi. Mənim sevgim 4 il davam etdi. Subay olanda sevgililər bir-biri ilə gözəl yola gedirlər. Nişanlanandan, evlənəndən sonra ayrılırlar. Hər işdə bir xeyir var. Bu da həyatımdakı gözəl anlardan biri idi, yaşandı və bitdi. Ondan sonra depressiyaya düşdüm, saçımı kəsdirdim. Həmin insan hazırda peşmandır və barışmaq istəyir. Amma mən istəmirəm, hisslərim öldü. Sevirsən, bağlanırsan, bir anda sınırsan. İçimdə bir boşluq var".

Günay ailə qurmaq istədiyini də deyib:

"Həyatımı planla yaşayan insanam. Üç il ərzində ailə qurmaq, uşaq dünyaya gətirmək istəyirəm. Üç övlad arzulayıram".
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri