Ordumuz hücüma keçdi: 40 erməni hərbçisi məhv edildi - 3 şəhidimiz var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 915
Səs ver:
(səs: 2)

Ordumuz hücüma keçdi: 40 erməni hərbçisi məhv edildi - 3 şəhidimiz var

Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər 

Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri