Azərbaycan ordusu kəndimizi ermənilərdən təmizlədi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 951
Səs ver:
(səs: 1)
Yayılan xəbərlərlə bağlı Qazax Rayon İcra Hakimiyyətindən açıqlama verilib.

Azərbaycan Ordusunun ermənilərin nəzarəti altında olan Qazağın Lələkəndi kəndini azad etməsi barədə ictimaiyyət arasında məlumatlar yayılıb.

Anspress-in məlumatına görə, hazırda adı dəyişdirilən Lələkənd Azərbaycanın işğal altında olan Barhudarlı anklavının girişində yerləşir.

Yayılan xəbərlərlə əlaqədar olaraq Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının köməkçisi Arif Heydərov anspress-ə açıqlamasında bu xəbərin yalan olduğunu söyləyib: "Lələkəndin azad edilməsi yalan məlumatdır. Belə məlumatların heç bir əsası yoxdur".

A. Heydərov rayonun kəndlərinin ermənilər tərəfindən atəşə tutulması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Əvvəllər atışma olurdu. Bu gün də atışma qeydə alınmayıb".

Daha sonra o, Qazağın bəzi kəndlərinin sakinlərinin köçürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib.

"Kəndlərdə normal həyat davam edir. Sakinlərin köçülməsi barəsində yayılan xəbərlər də yalandır. Elə bir şey yoxdur".
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri