Röya Ayxan niyə boşanıb?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 10 664
Səs ver:
(səs: 4)
"Qismət... Röya ulduz həyatı yaşayır...”

Tanınmış müğənni Röya Ayxanın həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama cəmiyyətdə maraqla qarşılandı. Qadınlar.Biz "Yeni Müsavat"a istinadən bildirir ki, xoşbəxt ailə tablosu ilə yaddaşlarda qalan bu cütlüyün birdən-birə ayrılması həm də heyrətə səbəb oldu.

Boşanma səbəbinin nədən olmasını öyrənmək üçün müğənninin özü ilə əlaqə saxlamağa cəhd göstərdik. Lakin bu, baş tutmadı. Bu səbəbdən də mətbuat katibi Türkan Məmmədlini danışdırdıq.

T.Məmmədli: "Düzü, elə bir xüsusi səbəb də yoxdur. İnsanlar birləşir, ayrılırlar. Boşanma ilə bağlı detalları deyə bilməyəcəm. Açığı, elə ciddi detal da yoxdur. Hər halda, qismət deyilən bir anlayış var. Qismət bu imiş. Röya ulduz həyatı yaşayır, ailədir, yəqin, nəsə fikirləri üst-üstə düşməyib”.

Boşanma xəbərinə ətrafdakıların necə reaksiya verdiyini xəbər aldıqda T.Məmmədli belə cavab verdi: "Fanatları çox üzüldülər. Amma sevinənlər də oldu. Röya dostunu, düşmənini onsuz da  gözəl bilir”.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 10 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri