Elşad Xose: “Peşmanam!” – VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 941
Səs ver:
(səs: 0)
Repçi Elşad Xose bir neçə gün öncə hovuzda çimərkən çəkdirdiyi şəklini "İnstagram”da paylaşdıqdan sonra yaranan qalmaqala rəsmi münasibət bildirib.

Qadınlar.Biz xəbər verir ki, sənətçi video müraciətində bəzi insanların onu yanlış anladığını bildirib:

"Deyirlər ki, mən o videonu paylaşanda "hallı” olmuşam. Xeyr, mən artıq 5 ildir ki, "hallı” olmuram. Sadəcə, mənim oğlanlığımda, vətənpərvərliyimdə şübhəsi olanlara belə cavab verdim. Sözüm onlaradır.

Fikir vermisinizsə, mənim repertuarımda vətənpərvərlik mövzusunda mahnı yoxdur. Çünki pul qazanmaq üçün bu mövzuda mahnı yazdırmıram. Vətənpərvərlik insanın içində olmalıdır. Gərək, mənə şərh yazanlara cavab verməyəydim. Buna görə, azacıq peşmanam”.

Yeri gəlmişkən, həmin olaydan sonra prodüser Tolik (Tarix Əliyev) Elşad Xoseni məhkəməyə verəcəyini demişdi. E.Xose bu məsələyə də münasibətini bildirib:

"İndi TV-lərdə üzdəniraqlar, hər bir adla efirə çıxıb, millətə qeyrət dərsi keçir, necə yaşamağı öyrədir. Axı siz kimsiniz? Arxivinizə, özünüzə baxın, haradan gəlmisiniz, oriyentasiyanız nədir? Bu kimi kişiciklər və onlara dəstək verən artistlər, siravi vətəndaşlara sözüm yoxdur. Çünki hər şey göz qabağındadır. Siz vətənpərvərlikdən danışanda adamın tükləri biz-biz durur”.

E.Xose paylaşdığı videodan da danışıb:

"Yenə də deyirəm. Bir canımız var, heç kimdən çəkinmirik. Sözümüzü də deyirik. Biz öz ədalətimizdə, düzgünlüyümüzdə əminik. Həmişə də əmin olmuşuq.  Narkotika ilə bağlı keçmişimdə olanlar isə şəxsi işimdir. Yetər ki, sənin özündən başqa heç kimə ziyanın olmasın. Bu günədək özümüzdən başqa heç kimə ziyanımız dəyməyib. Vətənpərvərliyimdə, səmimiliyimdə kimsənin şübhəsi olmasın. Hər zaman demişəm, indi də deyirəm. Ali baş komandan əmr versin, öndə biz gedəcəyik. Çünki bu qədər əziyyətlər görmüş, müxtəlif situasiyalara düşmüş insan üçün cəbhə və ya düşmənlə üz-üzə gəlmək böyük bir problem deyil. Sadəcə olaraq, biz də digərləri kimi vaxtımızı gözləyirik”.

E.Xose şəhidlərlə bağlı onu yanlış anlayanlara da cavab verib:

"O ki qaldı, cəbhədə şəhid olan qardaşlarımıza, onların ailələrinə "başınız sağ olsun”-deyirəm. Onların yolunu gözləyənlər vardı. Onları böyüdən analar sağ olsun. Əlinizdən öpürəm. Vaxtı gələndə biz də öləcəyik. Sözsüz ki, vuruşacağıq, çalışacağıq ki, ölməyək”.

Qeyd edək ki, Elşad Xose "Instagram” səhifəsində hovuzda çimərkən çəkdirdiyi fotosunu paylaşıb. Bu isə Azərbaycan ordusunun əsgərlərimizi itirdiyi günə təsadüf edib. Elşad Xoseni izləyənlər onun bu fotosuna kəskin şərhlər yazıblar. Bundan bərk qəzəblənən Elşad isə daha sərt cavab verib. Repçi, sosial şəbəkədə onu izləyən və ittiham edənlərə video-cavab verib. Videoda o, əsəbi olduğundan ona şərh yazanları söyüb.
 
[media=https://www.youtube.com/watch?v=O2CSKNF6ArI#t=90]
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri