Zaur qızına ad günü keçirmədi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 12 262
Səs ver:
(səs: 6)
ATV-nin aparıcısı Zaur və Günay Baxşəliyevlər cütlüyünün qızı Dilavərin 1 yaşı tamam olub.

Qadınlar.Biz-in məlumatına görə, aparıcı əvvəlcədən övladının ad gününü keçirəcəyini desə də, məclisi təxirə salıb. Bu haqda müğənni Xatirə İslam İnstaqram səhifəsində yazıb. O, oğlu Emilin dilindən cütlüyün qızını təbrik edib:

"Zaur şəhid olan qardaşlarımıza görə, ad günü keçirmədi. Amma tezliklə hər şey yaxşı olar və qeyd edərik. Dilavərin ad gününü təbrik edirəm. Allah atalı-analı böyütsün”.

Z.Baxşəliyev isə təşəkkür  edərək, bunları bildirib:

"Canım Emilim, çox sağ ol. Allah səni vətənə, torpağa layiqli övlad kimi böyütsün. Siz böyüyüb, aydın səma altında yaşayın, güllə səsi eşitməyin, anaların göz yaşını görməyin. Biz uşaqlığımızı güllə altında keçirdik, Allah balalarımza bunu göstərməsin. Müharibə olsun deyənlər bilmirlər ki, o dəhşətli hal insanlara nə qüssələr bəxş edir. Allah bir də xalqımıza belə gün göstərməsin”.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 12 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri