14 yaşlı qızı zorlayıb videosunu anasına göstərdilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 227
Səs ver:
(səs: 4)
Türkiyənin Adana şəhərində 14 yaşlı qız uşağını qaçıran və silah gücü ilə ona təcavüz edən 3 nəfər həbs olunub.

Anspress-in məlumatına görə, şübhəlilərin təcavüz anını cib telefonuyla çəkdikləri məlum olub.

İddiaya görə, 14 yaşlı A.D. axşam evə gedərkən motosikletlə yanına yaxınlaşan 3 adam tərəfindən silahla təhdid olunaraq qaçırılmaq istənib. Ancaq qız uşağı müqavimət göstərib. Dəbilqə ilə qızın başına vuran Mahmud D. (24 yaşlı) qızı motosikletə atıb. Mahmud D. və yanındakı yoldaşları O.T. (17) və Cəlil K. (22) ilə birlikdə qızı Aralıq dənizi Məhəlləsində boş bir ferma evinə aparıb. Burada özünə gələn qızı Mahmud D. silah və bıçaq gücünə zorlayıb.

Mahmud D. təcavüz edərkən digər yoldaşları da bu anı cib telefonuyla çəkib. Daha sonra digər iki şübhəli qızı zorlayıb. Təcavüz əsnasında bir adam qızın ağzını və əlini tutarkən, bir adam da cib telefonuyla baş verənləri çəkib. Bu an qız çarəsizcəsinə ağlayıb. Daha sonra şübhəlilər "Kimsəyə bir şey desən, sənin bu fotoşəkillərini ailənə göstərərik, internetə yayarıq" deyərək qız uşağını təhdid ediblər.

Qız bir müddət kimsəyə bir şey bildirməyib, ancaq şübhəlilər təkrar əlaqəyə girmək üçün onu təhdid etməyə başlayıblar. Şübhəlilər qız uşağının evinə gəlib görüntüləri anası Xədicə D.-yə göstərib. Görüntüləri görüncə şübhəlilərə hücum edən ana daha sonra polisə şikayət edib. Dərhal hərəkətə keçən polis Mahmud D. və dostlarını tutub. Onlar məhkəmə tərəfindən həbs olunub.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 8 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri