Şou əhli döyüşə hazırdımı? - SORĞU

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1466
Paylaş:
Səs ver:
(səs: 0)
Son günlər cəbhə bölgəsində əsgərlərimizin şəhid olması xəbərinə azərbaycanlı məşhurlar da biganə qala bilmirlər. Onlar əllərinə silah alaraq vuruşmağa hazırdırlar.

Tanınmışlar bütün Azərbaycan xalqını əsgərlərə dəstək olmağa və vətəni qorumağa səsləyirlər. Qadınlar.Biz sözügedən tanınmışların çağırışlarını sia-ya istinadən oxucularına təqdim edir:

Xalq artisti Faiq Ağayev: "Hər bir azərbaycanlı əsgər kimi, döyüşə hazıram. Artıq vaxtdır, bayrağımızı Şuşa qalasına sancmalıyıq”.

Əməkdar artist Səlim Abbasov: "İnanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Hamımız əlimizə silah götürüb, torpaqlarımız və şəhidlərimiz uğrunda döyüşməyə hazırıq”.

Əməkdar artist Abbas Bağırov: "Hər birimiz döyüşə hazır olmalıyıq. Mən də vətənimiz uğrunda canımdan keçməyə hazıram”.

Müğənni Elton Hüseynəliyev: "Hamı kimi, mən də istəyirəm ki, bu münaqişəni sülh yolla həll edək. Vətənimə müharibə arzulamıram.  Amma lazım gəlsə, bir əsgər kimi silaha sarılaram”.

Müğənni Manaf Ağayev:
"Qarabağlı balası olduğum üçün döyüşün nə demək olduğunu yaxşı bilirəm. Odur ki, müharibə olsa, əlimə silah alıb döyüşərəm”.

Müğənni Emil Bədəlov: "Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə olsa, vətən yolunda canımdan keçərəm”.

Müğənni Elnur Məmmədov: "Azərbaycanlıyam və bu vətənin çörəyini yeyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Hazırda biz azərilər bir olub, döyüşə hazırlaşmalıyıq”.

Müğənni Ceyhun Əliyev: "Allah şəhidlərimizə rəhmət eləsin və yaxınlarına səbr versin. Biz də onlar kimi vətən yolunda şəhid olmağa hazırıq”.

Aktyor Elçin Məmmədli: "Azərbaycanı çox sevirəm. Bundan sonra onun bir qarışını da düşmənə vermək fikrim yoxdur. Mən də Azərbaycan oğlu olaraq vətənim üçün canımdan keçməyə hazıram”.

Aparıcı Rəşad Kəsəmənli: "Son iki gündə cəbhə bölgəsində gedən ağır döyüşlər nəticəsində Azərbaycan tərəfdən verilən itkilər hər birimizin ürəyini göynədir. Vətən uğrunda şəhid olan əsgərlərimiz torpağa tapşırılsa da, onlar üçün anaları, ataları deyil, bütün Azərbaycan göz yaşı axıdır. Cavanlar, gənclər qisas hissi ilə alışıb-yananlar, şəhidlərimizin qanlarını yerdə qoymaq istəməyənlər Ali Baş Komandanın müharibə elan etməsini səbirsizliklə gözləyirlər”.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1466
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv