Əlibəylidə və Ağdamda döyüşlər başladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 173
Səs ver:
(səs: 0)
Bir saata yaxındır ki, Tovuzun Əlibəyli kəndində döyüş gedir.

Bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova ANS-ə verib.
Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir. Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir. Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.

Daha bir gülləbaran xəbəri isə Ağdamla bağlıdır.
ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar. Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.
Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur. Xatırladaq ki, az öncə Bayramlar kəndinin azad olunması barədə qeyri-rəsmi məlumat yayılmışdı.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri