Samiraldo: "Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 947
Səs ver:
(səs: 1)
"Deyə bilmərəm ki, mən də döyüşə gedərəm. Gedə bilmərəm. Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar”.

Cəbhə xəttində yaranmış gərginliklə bağlı danışan stilist şou-biznesdən uzaqlaşdığını və yalnız cəbhədə baş verənlərlə maraqlandığını bildirib: "Şou-biznesdən uzaqlaşmışam, artıq məni maraqlandırmırlar. Kimin nə geyindiyi, nə etdiyini izləmirəm. İndi daha böyük dərdimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq bir həftədir kədər içindəyəm. Yalnız cəbhə ilə bağlı xəbərləri izləyirəm. İki saatdan bir internetə girib xəbərləri oxuyuram, televiziyada cəbhə ilə bağlı süjetləri izləyirəm. Mən ürəyiyumşaq, qəlbiqırıq insanam. Ölü görəndə hönkür-hönkür ağlayıram. Əsgərlikdə olmamışam. Yalandan deyə bilmərəm ki, mən də döyüşə  gedərəm. Yalandan özümü gözə soxmayacam. İnanın ki, sosial şəbəkələrdə şəkil paylaşmağa da utanıram. Dua edirəm ki, hər şey yaxşı olsun, Allah əsgərlərimizi qorusun. Onların səyi nəticəsində biz Azərbaycanda rahat yaşayırıq”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri