Sarkisyan Putinə Azərbaycandan şikayət etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 840
Səs ver:
(səs: 0)
"İnterfax" agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır. Sarkisyan Putinə deyib: "Mən bizim regiondaki vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm".
Qeyd edəkki bu gün, Soçidə Azərbaycan-Ermənistan prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dimitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib:"Biz prezidentlərin üçtərəfli görüşünün sabah avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik". D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunu deyib: "Vəziyyət doğrudanda gərgindir,qeyri sabitdir.Ona görədə danışıqlara cəhdlər olunur". Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam vaxtı qeyri sabit formadada görüşə bilərlər. Beləki Əliyev, Sarkisyan və Putin beynəlxalq sanbo yarışlarına baxmağa gedəcəklər. Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sarkisyanla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbə tək görüşüb.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri