Ermənistan Azərbaycan silahına görə təşvişə düşdü

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 2 174
Səs ver:
(səs: 2)
"Rusiya öz təsirinin saxlanılması üçün əlavə mexanizmlər yaradır”.

Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyan Rusiyanın Azərbaycana silah satışının Ermənistan üçün xoş olmadığını bildirib.

Qadınlar.Biz Modern.az-a istinadən xəbər verir ki, o  tert.am saytına açıqlamasında mövzu barədə sualları şərh edib.

Manvel Sarkisyan deyib ki, Ermənistan Rusiyanın Azərbaycana birtərəfli qaydada silah satışını dayandırmağa inandırmaq üçün üsul tapa bilmirsə, o zaman rəsmi İrəvan təhlükəsizliyin təminatı üçün başqa dövlətlərlə sıx münasibət yaratmalıdır.

Ekspert söyləyib ki, Rusiya münaqişə regionuna silah satışını özünə rəva görsə də ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri bu addımı qəbuledilməz hesab edirlər.

M.Sarkisyan düşünür ki, proseslərin bu fonda cərəyan etməsi sonradan ciddi problemlər yaradır.

"Nəticədə Rusiya öz təsirinin saxlanılması üçün əlavə mexanizmlər yaradır, öz istəyi ilə tarazlığı dəyişdirir. Əgər biz Rusiyanın silah satdığı bir ölkə ilə vuruşuruqsa, onda Rusiya ilə münasibətlərin qorunub saxlanılmasının nə mənası var? Əgər Azərbaycanı başqa ölkələr silahlandırsa, bu, başqa məsələdir”,- deyə mərkəz direktoru qeyd edib.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri