Yeni "canlı Barbi" məşhurlaşır - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 5 659
Səs ver:
(səs: 4)
Ukraynanın paytaxtı Kiyevdə yaşayan Lolita Riçi adlı 16 yaşlı qız indi İnternetin yeni fenomeninə çevrilməkdədir.
"Canlı Barbi" adlanan bu qızın Facebook, Vkontakte və Twitter-dəki profillərinin yüz minlərlə daimi izləyicisi var.

Qadınlar.Biz Daily Mail-ə istinadən bildirir ki, Lolitanın dediyinə görə, heç bir plastik cərrahiyyə əməliyyatına məruz qalmayıb.
"İnternetdəki fotolarımda da Photoshop yoxdur. Hər şey təbiidir. İnanmayanlar isə özləri bilərlər. Mən yalan danışmıram", - Lolita deyib.
Onun sözlərinə görə, sadəcə, rəngli kontakt linzalardan istifadə edir.

Lolita universitetdə təhsil alır və psixoloq olmağa hazırlaşır.

"Canlı Barbi" kimi məşhurlaşmış Valeriya Lukyanovanı tanımadığını söyləyən Lolita uşaqlıq illərində çox dəcəl, daim oğlanlarla oynayan qız olduğunu söyləyib: "Ötən il Barbi kimi geyinməyə başladım və çox qısa müddətdə məşhurlaşdım. Əslində səliqəli, gözəl görünmək istəyirdim. Ümumiyyətlə, qadın həmişə incə, səliqəli və qüsursuz görünməlidir. Bundan başqa, düşünürəm ki, əgər qızın gözləri gözəl deyilsə, problemi kontakt linzalar vasitəsilə həll edə bilər. Burun əyridirsə, plastik cərrahiyyədən yararlanmaq gərəkdir".

Lolita onu da vurğulayıb ki, anası Anna onunla fəxr edir.

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 5 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri