Polis atası evlənməyə icazə ala bilmədiyi üçün özünü asdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 516
Səs ver:
(səs: 1)
Heç kəs ona fikir verməyib.

Ötən gün Qax rayonunda çürümüş meyit tapılıb.

Qax rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, meyit asılmış halda tapılıb.

Belə ki, hadisə Qaxbaş kəndində baş verib. Meyit yaxınlıqda yaşayan qonşular tərəfindən tapılıb.

Araşdırmalar zamanı meyitin 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçə aid olduğu məlum olub. Onun intihar etdiyi məlum olub.

"Meyit çürüyüb və iylənib. Ehtimal olunur ki, o, özünü 3 gün bundan əvvəl asıb. Meyit tibbi ekspertizadan keçirilib. Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun intihar etdiyi məlum olub”, - deyə İlqar Səfərov bildirib.

Leonid Papiaşvili 3 uşaq atasıdır. Lakin övladlarının hərəsi bir yerdə yaşayırmış. Bir müddət əvvəl həyat yoldaşı rəhmətə gedib. Leonid Papiaşvili yenidən evlənmək istəyib. Lakin onun övladları buna razı olmayıblar. Kişi özünü öldürəcəyini desə də, heç kəs ona fikir verməyib.

Qeyd edək ki, Leonid Papiaşvilinin oğlu Gürcüstan Respublikasında polis orqanında işləyir. Qızları isə ərdədirlər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 3 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri