Polis hicablı arvadı zorladı, azərbaycanlı qadını hədələdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 570
Səs ver:
(səs: 0)
"Evdə azyaşlı uşaqların olması da onu sakitləşdirmirdi”.

Dağıstanda polis Mahaçqala sakini, Azərbaycan vətəndaşı olan Asiya Pataxovanın rəfiqəsi olan qadını zorlayıb.

Bu hadisə barədə dağıstanlı hüquq müdafiəçisi Gülnarə Rüstəmova istintaq idarəsinə yazdığı ərizədə bildirib.

Hadisə avqustun 24-nə keçən gecə baş verib. Asiya Pataxova və onun zorlanan rəfiqəsi Dağıstanda fəaliyyət göstərən yaraqlı qruplaşmalarının üzvlərinin həyat yoldaşıdır.

Pataxovanın bildirdiyinə görə avqustun 24-nə keçən gecə onun Ayşat Abakarova ilə birlikdə kirayə yaşadığı mənzilə rəfiqəsi qonaq gəlib. Gecə saat 4-də polis əməkdaşı mənzilə hücum çəkib və qadınları tapança ilə hədələməyə başlayıb. Daha sonra polis Pataxova və Abakarovanın rəfiqəsini silahla təhdid edərək özü ilə polis şöbəsin aparıb və onu kabinetində zorlayıb. Mahaçqala sakini olan həmin qadın bu gün saat 11-də buraxılıb. Abakarova və Pataxova isə gecəni hüquq müdafiəçisi Rüstəmovanın evində keçirməli olublar.

Abakarova deyib ki, seksual zorakılığa məruz qalan rəfiqəsi çox qorxub və danışa bilmir. "Polis gecə bizim evə basqın edəndə çox sərxoş idi, tapança ilə hədələyirdi, bizdən tələb edirdi ki, hicabımızı çıxardaq. Məni Azərbaycan vətəndaşı kimi ölkədən deportasiya etməklə hədələyirdi. Evdə azyaşlı uşaqların olması da onu sakitləşdirmirdi” deyə qadın bildirib.

Dağıstanın İstintaq Komitəsindən bildiriblər ki, zorlama faktı barədə onlara heç nə məlum deyil. Pataxova isə deyib ki, şikayət ərizəsini verəndə polisdən onlara şikayətin faydasız olacağını deyiblər.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri