Türkiyənin ən zəngin iş adamlarından biri, "Ağa" kimi tanınan 60 yaşlı Əli Ağaoğlu 23 yaşlı sevgilisi Hazal Mesudiyelini çox sevdiyini deyib.
Qadinlar.biz AHT-yə istinadən bildirir ki, milyarderlə onun gənc sevgilisi ötən ay Bodrumda istirahət edəndə reportyorların kameralarına tuş gəlmişdilər.
Srağagünsə onlar Bebek kurortunda idilər.
"Hazalın atası Çengizin münasibətlərimizə qarşı çıxdığı deyilir. Yalandır. Hazalın ailəsini tanıyıram, problem yoxdur. Həyatımda gizli iş tutmamışam, kimsənin qarşısında da hesab vermək niyyətim yoxdur. Utanılası heç nə görmürəm. Hər şey ortadadır", - Ə.Ağaoğlu deyib.