Bakıdakı marşrutda qəribə hadisə: "İstəyirsən, üz-gözünü dağıdım?"

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 2 230
Səs ver:
(səs: 0)
Bakının marşrutlarındakı mədəniyyətsiz sürücülər bəzən sərnişinləri əsəb sarsıntısı həddinə gətirirlər.

Nə qədər kobudluq eləmək, söyüş söymək, nəzakətsizlik göstərmək və sərnişinlərlə əlbəyaxa döyüşə çıxmaq olar? Nəyə görə sürücülər vətəndaşların suallarına normal səs tonu ilə cavab verə bilmirlər? Sürücülərin sərnişinlə kobud davrandığı marşrutların nömrələrini sadalamaq artıq olardı. Çünki bu cür hallar hər gün təkrarlanır.

Qadinlar.biz xəbər verir ki, oxucuların Day.Az saytına göndərdiyi məktublar bunu deməyə əsas verir.

Bir neçə gün öncə bu sətirlərin müəllifi redaksiyanın tapşırığına əsasən "8-ci km" qəsəbəsinə gedirdi. Bütün sərnişinlər kimi dayanacaqda avtobus gözlədim. Bir neçə dəqiqə sonra yarıya qədər boş avtobus gəldi və sərnişinlər doluşmağa başladılar. Hamı minəndən sonra avtobus yola düşdü. Bir neçə dayanacaqdan sonra avtobusa bir qadın itlə mindi. İtin ağızlığı olmasa da xaltada idi. Ancaq bu it sahibinin bəraəti üçün əsas deyildi. Heç kim təminat verə bilməz ki, heyvan ictimai yerdə heç kimi dişləməyəcək, ya da hürməyəcək. Xüsusilə də avtobus salonu kimi dar məkanda.

Belə də oldu. Avtobusa girəndə sakit olan it bir qədər sonra aqressivləşməyə başladı. İt hürür, xaltadan çıxmağa çalışırdı. Qadın heyvanı güclə saxlayırdı. Üzündən də görünürdü ki, heyvanı saxlamaq necə çətinliklə başa gəlir.

Sərnişinlər də "it məsələsinə" biganə qala bilməzdilər. Hadisənin səbəbkarına tənqidlər yağmağa başladı. Bir kişi sürücüdən tələb etdi ki, avtobusu dayandırıb itlə olan sərnişini düşürtsün. Sərnişinin mədəni müraciətinə sürücünün cavabı qeyri-adekvat oldu.

"Mənim işlərimə qarışma. Buna görə sən cavab verməyəcəksən, mən cavab verəcəm".

Sərnişinin "Nəyə görə avtobusa iti buraxaraq sərnişinlərin həyatını təhlükəyə atırsan?" sualına isə sürücünün cavabı belə oldu: "İstəyirsən, üz-gözünü dağıdım?" Digər sərnişinlərin də müdaxiləsindən sonra coşmuş sürücünü yerinə oturtmaq mümkün oldu.

Bu cür hallar Bakının avtobuslarında hər gün təkrarlanır. Cəzasızlıq özbaşınalığa daha da çox zəmin yaradır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri