Gülay: "Ərimin ətrafında qızların olması məni narahat etmir" - FOTO

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 2152
Paylaş:
Səs ver:
(səs: 2)
- Yaradıcılığınızda yeni mövsümdə hansı yeniliklər olacaq?
- Yay bitdi, yeni mövsüm başlayır. Yeni mahnılar çoxdur. Tezliklə tamaşaçılara təqdim edəcəm. Mahnılardan birinə klip çəkdirmək istəyirəm. Albom üzərində işləyirəm. Bəzi müğənnilər albomdan heç bir gəlir əldə etmədikləri üçün albom buraxmırlar. Düzdür, hamı mahnıları internetdən götürür, gedib albom alan yoxdur. Mən elə düşünmürəm. İfaçıya albom lazımdır. Dostlara, hansısa tədbirə, ölkəyə gedəndə albomu təqdim edirsən.
 
- Konsert vermək haqqında düşünmürsünüz?
- Konsert verməyin vaxtı çatıb. Həyat yoldaşım da istəyir konsert verim. Deyir ki, artıq gecikirsən. Konsert vermək asan görünür, amma məsuliyyətli işdir. Maraqsız konsert vermək istəmirəm. Mahnı siyahısı hazırlanmalıdır, səhnənin dekorasiyası maraqlı olmalıdır, gözəl geyimlər seçilməlidir. Mən maraqlı, yadda qalan konsert vermək istəyirəm. Bunun üçün yavaş-yavaş hazırlıq görürəm. Lakin hələ vaxt təyin etməmişəm.

- İkinci dəfə ana olmaq istəyirsiniz?
- Hansı qadın ana olmaq istəməz? Təbii ki, ikinci övladımın olmağını istəyirəm. Lakin bunlar qismətə bağlıdır. İnşallah Allah bizə ikinci övladı qismət edər. Sahiləyə bacı və ya qardaş lazımdır.

- İki tanınmış simanın evli olmağı çətin deyil?
- Çox xoşbəxt ailəm var. Bəzən deyirlər ki, iki məşhur simanın evli olması problem yaradır. Əsas insanların bir-birini başa düşməsidir. Təbii ki, hər bir ailədə çətinlik olur. Lakin biz hər şeyi danışaraq həll edirik. Evliliyin ilk illərində problemlərin olması normaldır. İllər ötdükcə insan bir-birini tanıdıqca hər şey öz yoluna düşür. İnsan ailəsinin möhkəm olması üçün çalışır, xırda məsələləri böyütmür.

- Aranızda qısqanclıq olur?
- Sevən insanlar arasında mütləq qısqanclıq olur. Biz də bir-birimizi qısqanırıq. Lakin bunun da bir həddi var. Bu qısqanclıq bizdə problem yaratmır. Bir-birimizə güvənirik. Mən Kamili bu işdə tanımışam. Ona görə ətrafında qızların olması məni narahat etmir.
 
- Geyim seçərkən nələrə diqqət edirsiniz?
- Geyimlərə çox pul xərcləyirəm. Çalışıram baxımlı qadınlar siyahısında olum. Əsas qadının çanta və ayaqqabısının bahalı olmasıdır. Mən də hər zaman brend ayaqqabı və çanta alıram. Bu yay istirahətdə olarkən özümə gözəl səhnə geyimləri almışam.

- Həyat yoldaşınız geyiminizə qarışır?
- Lazım olanda məsləhətləşirəm. Mən açıq-saçıq geyinmirəm. Ona görə də Kamil mənim geyimlərimə qarışmır.
 
- Formada qalmaq üçün nələr edirsiniz?
- Kamil yeyib-içdiklərimə diqqət edir. Onun köməkliyi ilə bu gün formadayam. Dieta saxlayıram.
 
 

 

 

 

 

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2152
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv