Elnarə “Azərbaycanın səsi”ndən ayrıldı - açıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 684
Səs ver:
(səs: 0)
ATV telekanalında yayımlanan "Azərbaycanın səsi” layihəsini daha bir münsif tərk edib.
Məlumata görə, bu dəfə yarışmadan müğənni Elnarə Xəlilova ayrılıb. Bir neçə həftədir ki, münsif kürsüsündəki masası boş qalan sənətçinin bu addımı tamaşaçıların da diqqətindən yayınmayıb. Verilişin prodüseri Sübhanə Nəciqızı Elnarənin müsabiqədən uzaqlaşma xəbərini təsdiqləyib. O, əməkdaşımızla söhbətində bunları deyib:
"Bizimlə münsif kimi çalışan bütün müğənnilərlə əvvəlcədən müqavilə imzlamışıq. Sənəddə isə vaxt göstərilmir. Biz yarışma bitənə qədər olan ərəfəni nəzərdə tuturuq. Elnarə xanım isə bizimlə iyula qədər çalışdı və yenidən müqavilə imzalanmasını istədi. Dedi ki, mən elə bilirəm iyula kimidir. Hər bir münsifin qonorarını ödəyirik, hətta veriliş boyunca yeməklə də təmin edirik. Elnarə Xəlilovanın təklifi ilə razılaşmadıq, ikinci dəfə müqavilə bağlamaq bizim qaydalara uyğun deyildi. Biz böyük masştablı ölkə deyilik, bir layihədən milyonlar qazanmırıq. Heç kimə yüksək məbləğ ödəyə bilmərik. Büdcəmizə uyğun pul veririk. Buradan elə başa düşülməsin ki, Elnarə xanım yüksək pul tələb edib. Sadəcə aramızda anlaşılmazlıqlar oldu. Mən özüm dəfələrlə ona zəng edib, gəlməsini, oturub danışmağı istədim. Razılaşmadı. Yenə də ona qarşı incikliyimiz yoxdur, sevdiyimiz ifaçıdır. 15 ildir bir çox layihələrə prodüserlik edirəm. Hətta xalq artisti Zeynəb Xanlarova belə mənimlə incikli olmayıb. Hamı ilə münasibətim dost kimidir, eləcə də Elnarə ilə. Bəlkə Elnarənin bizdən nəsə küskünlüyü var, onun münasibətini bilməyi çox istəyərdik”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri