Ramiz Əzizbəylidən xəbər var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 410
Səs ver:
(səs: 1)
Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu haqda Qadınlar.biz-in verdiyi xəbərə  görə sənətçinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, həkimlər hazırda ev şəraitində müalicə alan R.Əzizbəylinin yaxşılaşacağına ümid edirlər:

"Ramiz əminin vəziyyəti orta-stabildir. Həkimlər müalicəsini davam etdirirlər. Allahın köməkliyi ilə sağalmalıdır. Əvvəlki ilə müqayisədə, şükürlər olsun ki, indi özünü daha yaxşı hiss edir. Düzdür, bəzən görürsən ki, yaddaşını itirir, heç nəyi xatırlamır. Nə istədiyini deyə bilmir. Danışığında da qüsur yaranır. Amma bir müddət sonra özünə gəlir”

N.Əzizbəyli deyib ki, ev şəraitində müalicə olunan xalq artistinin bütün xərclərini yaxın dostları öz üzərilərinə götürüb:

"Sağ olsunlar. Hətta xəstəxanada yatan vaxt dostları müalicə xərclərini ödəyirdilər. Sadəcə olaraq, həkim özü müalicənin evdə davam etdirilməsini məsləhət gördü. Çünki əmimin ürəyi sıxılır, xəstəxana şəraitində qala bilmir”.

Qeyd edək ki, R.Əzizbəyli bu il fevralın 9-da yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri