İrəvan namaza icazə vermədi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 791
Səs ver:
(səs: 0)
Beynəlxalq Əsassız erməni İddialarına Qarşı Mücadilə Dərnəyi (ASİM-DER) 14 Qeyri-Hökumət Təşkilatı (QHT) adından Ermənistanın paytaxtı İrəvanda yerləşən Göy Məsciddə cümə namazı qılmaq tələbinə erməni tərəfindən rədd cavabı alıb.

Qadinlar.biz ANS PRESS-ə istinadənbildirir ki, məlumatına görə, "ASİM-DER”in sədri Göksəl Gülbəy mətbuat nümayəndələrinə verdiyi açıqlamada, bundan bir həftə əvvəl 14 QHT adından İrəvana yerləşən Göy Məsciddə cümə namazı qılmaq istədiklərini, Ermənistanın Tbilisi və Tehran səfirliklərinə viza və təhlükəsizliklərinin Ermənistan dövləti tərəfindən qorunması üçün müraciət etdiklərini bildirib.

Lakin dərnəyin bu tələbinə erməni tərəfindən müsbət cavab gəlməyib. Belə ki, onların bu istəyinin dövlət siyasəti ilə üst-üstə düşmədiyi vurğulanıb.

Qeyd edək ki, "Göy Məscid” 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri