Röya Ayxan "İnstagram” bloqunda müzakirələrə səbəb olacaq video paylaşıb.
Qadınlar.biz xəbər verir ki, müğənni şəhərdə avtomobilini idarə edərkən 5 yaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib. Bununla da o, yol hərəkət qaydasını pozmuş olub. Videonu sosial şəbəkədə dostları ilə bölüşən Röya "Bu videonu tapdım, öldüm gülməkdən. Maşında qabaqda oturmaq üçün dava aparanda oğlumu yol polisi ilə qorxuduram. Hətta yolda "QAİ” yoxdursa, deyirəm ki, kamera çəkir, görəcəklər. Uşaq indi yolda kamera görən kimi ayaq altında gizlənir. Məhəbbətim mənim! Anası kimi dəlidir, həm də çox bilmişdir”.