Aygün Kazımova polis idarəsinə çağırılıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 876
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.
Xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. Məsələ ilə bağlı müğənni Natəvan Həbibi ilə əlaqə saxlanılıb. Sayta açıqlama verən müğənni sözügedən məsələdən danışıb.
"Bəli, mən Aygün Kazımova, Tolik və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcəklər. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram. Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər Rayon Polis İdarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır”.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri