Bakıda 22 yaşlı qızı evlənmə adı ilə günlərlə zorladı - DƏHŞƏT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 175
Səs ver:
(səs: 0)
Bakıda gənc qızı aldadaraq evinə aparan və bir neçə gün ərzində onu zorlayan şəxs həbs edilib.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, iyul ayının əvvəlində 22 yaşlı K.Ə-ni Yasamal rayonundakı mənzilinə gətirən və məcburi şəkildə qızı orada saxlayaraq bir neçə gün ərzində zorlayan 30 yaşlı Leysan Əliyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə iş başlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Leysan adlı şəxs həmin qızla «ciddi niyyət”lə tanış olub və vaxtaşırı olaraq onunla şəhərin müxtəlif yerlərində görüşüb. Qızın inamından istifadə edən şəxs daha sonra onu evinə gətirməyə «müvəffəq” olub və çirkin əməlini burada törədib. 22 yaşlı qız canını qurtaran kimi polisə müraciət edib. Leysan bu gün həbs edilib.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 175
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri