700 bal toplayanlar burada oxuyacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 064
Səs ver:
(səs: 1)
İxtisas seçiminin nəticələri elan olunub.

ANS PRESS-in məlumatına görə, builki imtahanlarda ən yüksək nəticə göstərmiş (700 bal) abituriyentlər artıq ixtisas seçimi ediblər.

Onların seçimi aşağıdakı kimidir:

Bakıdakı "Dədə Qorqud" Liseyinin məzunu Məmməd Hacılı (I qrup): "Qafqaz Universiteti, kompüter mühəndisliyi fakültəsi”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): "Azərbaycan Diplomatik Akademiyası (ADA), biznesin idarəedilməsi ixtisası”.

Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" Liseyinin məzunu Könül Qurbanlı (I qrup): "ADA Universiteti, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası”.

Bakıdakı "Zəkalar" Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): "ADA Universiteti, beynəlxalq iqtisadi münasibətlər ixtisası”.

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): "Bakı Ali Neft Məktəbi, proseslərin avtomatlaşdırılması mühəndisliyi”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): "Qafqaz Universiteti, kimya mühəndisliyi fakültəsini”.

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): "Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi”.

Bakıdakı 287 nömrəli "Zəkalar" Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): "ADA Universiteti, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası”.

Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat Qasımov (IV qrup): "Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi”.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri