Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 791
Paylaş:
Səs ver:
(səs: 0)
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektiv iştirak edəcək. Onların arasında Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, ölkəmizin tanınmış incəsənət ustaları, gənc istedadlı musiqiçilər və digərləri var.
 
Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət kamera və orqan musiqisi zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində keçiriləcək. Festival çərçivəsində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır. Həmin günlərdə musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və "Muğam Ensiklopediyası"nın (rus dilində nəşri) təqdimat mərasimi də keçiriləcək.

buro247

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 791
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv